Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tənbəl beyini belə aktivləşdirirlər - 6 MƏSLƏHƏT
Tarix: 01-10-2023 | Saat: 17:44
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Beynin neyroplastikliyini artırmaq, ahıl yaşa kimi iti saxlamaq, yeni faydalı neyron bağlantıları qurmaq üçün onunla məşğul olmaq lazımdır.

Beyin üzrə dünya şöhrətli alim Natalya Bextereva özü 80 yaşında komputer və interneti öyrənməklə istənilən yaşda beyini aktiv saxlamağın mümkünlüyünü sübut edib.

Alimin beyini düzgün aktivləşdirmək barədə məsləhətlərini təqdim edirik:

1. Normal yuxu

40 yaşdan sonra beyin üçün qida yuxudur. Əgər cavanlıqda 4-5 saat yatmaqla beyini az-çox idarə edə bilirdinizsə, yaşlandıqca bu mümkün deyil. Beynin fizioloji sağlamlığı 7-8 saatlıq yuxudan keçir. Eləcə də yetəri qədər oksigen, hava, su da onun qidasıdır. Açıq havada hər gün 25 dəqiqə idman, fiziki iş beyinin neyroplastikliyini artırır.

2. Mürəkkəb tapşırıqlar

İnsan öz qarşısına fərqli tapşırıqlar, məqsədlər qoymalıdır. Əgər işiniz, vəzifəniz eyni, yeknəsəkdirsə, o zaman işdən əlavə başqa tapşırıqlar, hobbiləriniz olmalıdır. Avtopilot rejimində eyni tapşırıqları etmək hər gün eyni şeyləri görmək beyni tənbəlləşdirir.

3. Yolunuzu tez-tez dəyişin

Aylardır işə, evə eyni marşrut üzrə gedirsiz? Artıq yolu, izi dəyişməyin vaxtıdır. Getdiyiniz, keçdiyiniz yerləri dəyişin. Hətta yediyiniz yeməyi də, getdiyiniz restoran, kafeni də arada dəyişin



4. Hər gün yeni, fərqli janrda musiqilərə qulaq asın

Musiqi, səs vibrasiyaları da beyinə yeni hisslər, emosiyalar verir. Əgər bu mahnıların arasında beyninizə daha xoş gələni olsa, yeni neyron əlaqələr yaranacaq.

5. Xüsusi məşqlər

Hiss üzvlərinizi möhkəmləndirin. Məsələn, əşyaları gözüyumlu tapın. Ətirlərlə nəyisə tapın. Qəhvə, çay ətirlərini qoxlayıb, hansı bitki olduğunu axtarın.

Gündəlik həyatda, məsələn səhərlər geyinəndə gözlərinizi yumun. Dinləməklə, musiqiləri tapmaqla eşitməni aktivləşdirin.

Səhərlər TV, telefona baxmadan tam sakitlikdə yemək yeyib, yediyinizin dadını hiss edin.

6. Krossvord tipli intelektual oyunlarla məşğul olun

İndi telefonda da oyunlar içində beyini aktivləşdirən xüsusi oyunlar var. Krosvordlar, tapmacalar, "başsındıran" intelekt oyunları beyini daim gənc saxlayır.

Milli.Az








Haradan
Qəbələ, Azərbaycan
GBB

Haraya


Gediş tarixi

Dönüş tarixi

1 sərnişin
ekonom sinifi
Axtar
powered_by



XƏBƏR LENTİ


Copyright © 2023 Milli.Az

Global site tag (gtag.js) - Google Analytics



Xəbəri paylaş

1468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___