Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsimi icra başçısı camaatı evindən zorla çıxarır – Video
Tarix: 10-08-2021 | Saat: 21:07
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Nəsimi icra başçısı camaatı evindən zorla çıxarır – Video






Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti pilot layihələrin icrası zamanı vətəndaşlara qarşı zor tətbiq etməklə onları evlərindən çıxarır.



Nəsimi İH başçısı Asif Əsgərov mülkiyyət sahiblərini evlərindən məcburi çıxarmaqla gərginlik yaradır.
Görüntülərdən də aydın olur ki, Nəsimi İH-nin nümayəndələri vətəndaşa qarşı nəinki təzyiq göstərir, hətta ərazidə olan polisə onu tutub aparmağı əmr edir.
Deyəsən, icra nümayəndəsi öz səlahiyyətlərini unudub və polisə belə bir təlimat vermək ixtiyarı olmadığını bilmir.
Vətəndaş heç bir qanun pozmayıbsa, cinayət törətməyibsə, sadəcə, evinin sökülməsinə etiraz edirsə, buna görə kimisə saxlayıb polis idarəsinə aparmırlar.
Üstəlik, bunu ayırd etmək də polisin işidir və kadrlardan da göründüyü kimi, Nəsimi İH vəzifəlisinin göstərişinə məhəl qoyulmur.
Amma icra başçısının adamları özlərini tamamilə qoluzorlu quldur dəstəsi kimi aparırlar və insanları incitməklə məşğuldurlar.
Bu da vətəndaşları dövlətdən narazı salmaqdır. Qeyd edək ki, Nəsimi rayonu ərazisində pilot layihələrin 80 faizinə icra başçısı A.Əsgərov özü şərikdir. Ona görə də evlərin sökülüb yerində yenilərinin tikilməsində maraqlıdır. Çünki bu layihələrdən qazanc əldə edir.https://reportyor.info/n%c9%99simi-icra-bascisi-camaati-evind%c9%99n-zorla-cixarir-video/


Xəbəri paylaş

3528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___