Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Konstitusiya Məhkəməsi seçkinin nəticəsini TƏSDİQLƏDİ
Tarix: 17-04-2018 | Saat: 16:51
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


Konstitusiya Məhkəməsinin Plenumu bir qədər öncə arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclasını yekunlaşdırıb.

İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edib. 


Hakimlərin müşavirəsindən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, nəticələri açıqlayıb. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrini təsdiq edib.


Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının prezidenti elan edilib. 


Seçkidə sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,03%; 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; 
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___