Roma Papası: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
Tarix: 06-10-2016 | Saat: 09:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol sülh danışıqlarıdır.
"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bu barədə Roma Papasının rəsmi saytı xəbər verib.
Roma Papası Fransisk regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında sülh danışıqlarının aparılmasıdır.
"Mən digər yol görmürəm. Digər yol müharibədir, müharibə isə daim faciələrlə müşahidə olunur. Və əlbəttə ki, sülhə nail olmaq üçün daim durmadan dua etmək gərəkdir", - deyə Fransisk vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

28-09-2016, 11:00
Dünyada İLK - 3 valideyni olan uşaq doğuldu
22-06-2016, 13:27
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”
5-03-2021, 16:08
Əli Əhmədov yenidən YAP-ın sədr müavini oldu
3-12-2016, 21:21
Bakıda professoru döyüb bloka atdılar
1-08-2021, 10:52
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
5-01-2016, 00:33
“Bərdədə iki maşın toqquşdu - Yaralananlar var
24-10-2015, 19:14
Dünya Bankından Azərbaycana dəstək