Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İman Həsənov xəsarət alan işçisinə hansı köməkliyi etdi? Qaradağdan Nizami-yə "perevod"-un altında nələr yatır?
Tarix: 15-03-2019, 20:18 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Hadisə / Həftə-Reytinq | çapa göndər

Maraqlıdır ki, ölkədə ildən-ilə nüfuzu artmaqda olan, yenilənməyə meyilli olan Azərsu ASC kimi bir qurumun rəhbərliyi belə bir adamı hansı səbəbdən vəzifədə saxlayıb öz imicinə zərbə vurur?
“Qaradağ rayon Sukanal İdarəsinin rəisi İman Həsənovun qanunsuz əməlləri bir yazıya sığan deyil. İman Həsənov nəinki addımbaşı insan hüquqlarını, yəni tabeçiliyində olan işçilərin hüquqlarını pozur, eləcə də o, Azərbaycan Respublikasının qanunlarına məhəl qoymur. Üstəlik hər addımı, əməli və davranışı ilə Azərsu ASC-nin işgüzar nüfuzuna ciddi zərbə vurur”.

 Xəbəraz. az  istinadən xəbər verir ki, Ovqat.com-un elektron poçtuna daxil olan şikayət məktubunda belə deyilir.

Azərsu ASC-nin Qaradağ rayon Sukanal İdarəsində çilingər peşəsində çalışan, lakin isminin gizli qalmasını istəyən bilgi qaynağımız hər kəsin, özəlliklə Dövlət Əmək Müfəttişliyinin diqqətini idarədə baş verən qanun pozuntularına çəkərək yazır:

“Onun qanunsuz əməllərindən hələlik biri barədə sizi məlumatlandırmaq istərdim.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində deyilir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Qaradağ rayon Sukanal İdarəsinin Qobustan ərazisində belə bir bədbəxt hadisə aylar öncə baş verib.

Hadisə nəticəsində Füzuli rayonundan məcburi köçkün olan, müvəqqəti olaraq Səngaçal qəsəbəsində məskunlaşan İdarənin Qəza-bərpa işləri üzrə çilingəri Quliyev Eldəniz Çərkəz oğlu ciddi yanıq xəsarəti alıb. Lakin İdarə rəisi İman Həsənov bu hadisəni həm Dövlət Əmək Müfəttişliyindən, həm Azərsu ASC-dən gizlədib. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsini və İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsini ciddi şəkildə pozub. Hadisə baş verəndən sonra xəsarət alan işçi Quliyev Eldəniz Çərkəz oğluna “bu haqda heç kimə heç nə demə, işə çıxma, günün yazılacaq, əmək haqqını alacaqsan”.

Bir neçə ay işçini bu şəkildə aldadandan sonra ona ciddi təzyiqlər göstərməyə başlayıb və işçini məcbur edib edib ki, ərizəsini yazıb işdən çıxsın. İşçi təzyiqlərə dözməyərək sonda ərizəsini yazaraq “öz istəyi” ilə işdən azad olub”.

Mənbə yazır ki, İman Həsənovun özbaşınalığı bununla bitmir: “O, istər iş otağında, istərsə də İdarənin koridorunda qışqıra-qışqıra danışır, hər kəlməsində küçə söyüşü söyür, işçiləri təhqir edir, alçaldır, onları ərizə yazıb işdən çıxmağa məcbur edir. İşçilər narazılıq edib, “şikayət edəcəyik” – deyəndə, “gedin hara deyirsiz, deyin, mən heç kimi saymıram, heç kimdən də qorxmuram”- deyir. Maraqlıdır ki, ölkədə ildən-ilə nüfuzu artmaqda olan, yenilənməyə meyilli olan Azərsu ASC kimi bir qurumun rəhbərliyi belə bir adamı hansı səbəbdən vəzifədə saxlayıb öz imicinə zərbə vurur”?

Şikayətçinin iddiasına görə, yuxarıda yazılanlar İman Həsənovun qanunsuz əməllərindən yalnız biridir: “Onun daha ciddi özbaşınalıqları və qeyr-qanuni əməlləri haqqında sizə yazacam və mətbuatda yayımlanması üçün ciddi faktlar göndərəcəm”.
Maraqlıdır , bütün bu qeyd edilənlər öz həllini hansı tədbirlər görülməklə həllini tapdı ki, İman Həsənov indi də Nizami rayon Sukanal idarəsinə təyinat aldı?
Mövzunu diqqətdə saxlayırıq.

1758 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___