Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah Bakıda 25 dərəcə isti olacaq
Tarix: 17-08-2017 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm | çapa göndər



Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun yarımadada gecə 22-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___