Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ana övladını boğaraq öldürdü
Tarix: 22-02-2016 | Saat: 10:41
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda ana övladını boğaraq öldürdü
Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Ana öz övladını boğaraq öldürüb.

"Xəbəraz.az " xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub. Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

Valideynin övladını qətlə yetirdiyi sonuncu hadisə bir neçə gün əvvəl Beyləqanda baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovun boğazını kəsib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən ata tutularaq istintaqa cəlb edilib.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___