Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evimizi necə özəlləşdirək?
Tarix: 27-07-2015 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Evimizi necə özəlləşdirək?
“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündəki nitqindən

Özəlləşmə istəyirəm...

Təbii ki, hər bir şəxs əziyyət ilə əldə etdiyi mülkiyyətin özəlləşdirilməsində maraqlı olmalıdır. Elə əhalinin əksər hissəsində də bu maraq var və buna can atanların sayı heç də az deyil. Ancaq statistik məlumatlar bu əməliyyatların ləng getdiyini sübut edir. Şübhəsiz, bu problemin kökündə duran əsas səbəblərdən biri özəlləşdirmə əməliyyatının vahid sistem üzrə getməməsidir. Xüsusən şəhərətrafı qəsəbələrdə və başqa regionlarda tikilmiş yeni fərdi yaşayış evlərinin dövlət qeydiyyatından keçməsinə mane olan bir çox amillər var. Yəni vətəndaş evə şəhadətnamə ala bilmək üçün döymədiyi idarə qapısı qalmır.

Baxmayaraq ki, ölkə başçısı səviyyəsində bu problemin çözülməsi yolları müvafiq orqanlara tapşırılıb, ancaq hələ də irəliləyişlər görünmür. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına zəmin yaradan əsas amillərdən biri mülkiyyətin dövlət qeydiyyatından keçməməsidir. Qeydiyyatdan keçməyən mənzil, obyekt və ya torpaq sahələrinin sayı isə qeydiyyatdan keçənlərdən dəfələrlə çoxdur. Biz bu yazıda məhz mənzillərin dövlət qeydiyyatından keçməsinə mane olan hallardan danışacağıq.

Könlü sənəd istəyənin…

Belə ki, bir evin sənədləşməsi üçün vətəndaş əvvəlcə bələdiyyə orqanlarından torpağa görə akt almalı, sonra onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi üzrə üzrə şöbələrinə müraciət edərək həyətyanı sahənin kadastr planınını tərtib etdirməli, daha sonra evin tikilməsinə icazə üçün icra hakimiyyətindən sərəncam almalıdır. Ev tikilib başa gəldikdən sonra isə yenidən mənzilin istismara yararlı olması barədə “Mənzil istismar aktı” əldə etməlidir. Qeyd edək ki, təkcə istismar aktının əldə edilməsinə vətəndaş bir neçə ayını sərf etməlidir. Çünki “İstismar aktı”na qaz idarəsi, Sukanal İdarəsi, İşıq idarəsi, Dövlət Gigiyena və Epidemologiya Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəy verməlidir. Hələ bu azmış kimi akt İcra hakimiyyətlərində bir neçə şöbələrdə imzalanmalı, daha sonra icra başçısının möhürü ilə vahid sənəd - “İstismara qəbul aktı” verilməlidir. Bundan sonra vətəndaş torpağın kadastrını, evin layihəsini və “İstismara qəbul aktı”nı Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə təqdim etməlidir. Qeyd edək ki, bu idarəyə sənədlərin təqdim olunmasından sonra da əməliyyat iki mərhələdə aparılır. Öncə reyestr xidmətinin mühəndisi həyətyanı sahəni və evi yenidən ölçərək bu ərazilərin kadastr planına uyğun gəlib-gəlmədiyini yoxlayır, sonra isə yenidən layihə hazırlanır.

Qanun var, amma qayda yoxdur!

Amma işlər belə getsəydi, nə var idi ki... Yuxarıda sadaladığımız idarələrin hər birində müxtəlif sənədlər tələb edilir. Çox vaxt da bu sənədləri tapmaq asan məsələ olmur. Ən maraqlı məsələ isə budur ki, bəzən bu yoxlanışlar bir neçə dəfə həyata keçirilir. Buna görə, vətəndaş dəfələrlə hər bir idarənin qarşısında saatlarla gözləməli, işini-gücünü atıb ən azı iki-üç ay mütəmadi olaraq idarələrin qapısında təpik döyməlidir. Bundan əlavə, sadaladığımız qurumların bir-birinə etimadsızlığı, inamsızlığı ucbatından sənədləşmə işi yubanır, vətəndaşın əziyyəti çoxalır. Məsələn, mənzilin və həyətyanı ərazinin ölçüləri Katastr Planı və “İstismara qəbul aktı” verilərkən bir neşə dəfə və bir neçə qurum tərəfindən ölçülür və verilən sənədlərdə qeyd edilir. Ancaq Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsi “Çıxarış” verərkən yenidən mühəndis göndərərək ölçü-biçi işləri apartdırır. Əgər bu ölçülərdə cuzi də olsa, fərq yaransa, vətəndaşa mülkiyyətin dövlət reyestrinə alınmasından imtina edirlər. Və yaxud da “İstisirmara qəbul aktı”nda rəyləri olan idarələrin razılığı və imzası olmasına baxmayaraq, Dövlət Reyestr Xidməti sanki onların düz rəy verib-vermədiyini yoxlayırmış kimi təftiş aparır. Məsələn, “İstismara qəbul aktı”nda işıq idarəsi o vaxt imza qoyur ki, idarənin əməkdaşları mənzilə baxış keçirir və yüksək gərginlikli xətlərin keçmədiyini müəyyən edir. Ancaq Dövlət Reyestr Xidməti bu işi yenidən həyata keçirir. Belə halda ortaya bir sual çıxır: əgər bu işləri Dövlət Reyestr Xidməti həyata keçirib, yoxlamalar aparacaqdısa, onda vətəndaşlar niyə digər idarələri gəzir?

Hər şey “hörmət” üçün!

Bax, bu sualın cavabını heç bir rəsmi, səlahiyyətli orqan verə bilmir. Vətəndaşlarda isə bu suala cavab var - “Hörmət”! Yəni, insanlar nə qədər çox idarələr gəzsə, işin çətinliyini öz gözlərilə görsə, o qədər “işin asan” yolunu - “hörmətlə” həll eləmək barədə düşünəcək. Bundan əlavə, Dövlət Reyestr Xidməti öz səlahiyyətini aşaraq başqa qurumlara aid işləri araşdırıb “çepe” tapa bilər və bu da idarəyə “hörmət” qazandırar kimi fikirlər var.

Belə olan halda bəzi insanlar sənədləşmə işini yarıda saxlayır və digər maraqlanan şəxslərə də prosesin çətinliyini bildirir və məsləhət görmür. “Ora gedirəm, bura yollayırlar, bura gedirəm, ora yollayırlar” ifadəsi artıq sənədləşmə işində az qala zərb-məsələ çevrilib.

Kiminsə cibi, yoxsa dövlət büdcəsi?

İnsanları ora-bura göndərən, maddi maraqları naminə insanları narazı salan idarə müdirləri yəqin anlayırlar ki, fərdi evlərin özəlləşdirilməsi vətandaşa lazım olduğu qədər dövlət üçün də vacibdır. Belə ki, şəhadətnaməsi olan ev və həyətyanı sahəyə görə insanlar dövlət büdcəsinə vergi ödəyər, dövlət miqrasiya ilə bağlı dəqiq məlumatların verilməsində çətinlik çəkməz, əmlak bazarının intensivləşməsinə şərait yaradar. Təəssüf ki, uzun zamandır hazırlanan “Vahid pəncərə” sistemi hələ də işə düşmür. Əgər bu sistem fəaliyyət göstərsə, yəni mülkiyyətini dövlət qeydiyyatına salmaq istəyən şəxs sadəcə bir idarəyə müraciət edərsə, əksər fərdi yaşayış evləri obyektlər qeydiyyatdan keçə biləcək. Hələliksə bu, mümkün deyil. Bizdə vətəndaşlar hələ də mülkiyyət hüquqlarını bərpa etmək, əmlakını özəlləşdirmək üçün min bir əzabdan keçir.


Xəbəri paylaş

8418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___