Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Tarix: 15-02-2017 | Saat: 17:26
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayılrayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edir.

Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.

Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.

Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işlər aparıldığını diqqətə çatdırıb.

Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisinin aşkarlandığını da diqqətə çatdırıb.


***

08:50

Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunacaq.

APA-nın məlumatına görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunacaq.

Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR
Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - FOTOLAR


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___