Balakəndə - Dəhşətli qətlin təfərrüatı: “Uşaqlar qorxduğundan...”
Tarix: 19-10-2016 | Saat: 12:45
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Balakəndə əri tərəfindən döyülərək qətlə yetirilən 52 yaşlı qadının ölümünün bəzi təfərrüatı məlum olub.
Balakən rayonunun Poçtbinə kəndinin sakinlərinin Aznyus.az-a verdiyi məlumata görə, Kainat Çobanovanın qətlində ittiham olunan Zeynal Çobanov tüfeyli həyat tərzi yaşayıb:
“Hadisəni eşidən kimi onlara getdik, Zeynal Çobanovla danışdıq. Olanları boynuna götürmədi. Hətta o, həmin vaxt həyətindəki kənd camaatına dedi ki, həyat yoldaşı dərman içib ölüb. Amma sonradan eşitdik ki, o, Kainatı yumruq və təpiklə vuraraq öldürüb. O, bu əməlini hüquq-mühafizə orqanlarına etiraf edib. Heç yerdə işləməyib. Tüfeyli həyat sürürdü. Orda-burda küllənən adam idi. Zeynal Kainatı döyəndə uşaqlar da evdə olub. Amma uşaqlar atasından qorxduğundan səsini çıxara bilməyib”.
Sakinlər deyir ki, ailəni K.Çobanova dolandırırmış: “Həyat yoldaşı onun-bunun evində işləyirdi. Aldığı pulla birtəhər dolanırdılar”.
Qeyd edək ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Poçtbinə kənd sakini, 1964-cü il təvəllüdlü Kainat Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Balakən Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
9608 dəfə oxunub.
Digər xəbərlər

23-10-2018, 14:46
Mehriban Xanlarovanın verilişi bağlandı
14-08-2019, 10:57
Müdafiə naziri cəbhəboyu zonada - VİDEO
18-11-2019, 15:04
Beren Saat niyə gündəm oldu? - VİDEO
29-12-2015, 14:36
Bütün “exhange”lər bağlanır - Dollar yalnız banklarda satılacaq
13-07-2017, 11:14
Azərbaycanda iki nəfər özünü öldürdü
23-06-2015, 23:43
Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə
2-07-2016, 12:57
Əli Əhmədov yarmarkada - Foto
26-03-2016, 21:51
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a gedir