Avropa Oyunları zamanı velosiped turunun keçiriləcəyi marşrut boyu yollarda
Tarix: 28-05-2015 | Saat: 14:13
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Bakıda Birinci Avropa Oyunları zamanı velosiped turunun keçiriləcəyi marşrut boyu yollarda yarışların təhlükəsizlyini təmin etmək məqsədilə indidən ayrıcı beton çəpərlərin qoyulmasına başlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq belə çəpərlər Hüseyn Cavid prospektinin Azərbaycan Texniki Universitetinin qarşısından Əzizbəyov heykəlinə qədər olan hissəsində düzülüb.
Onların velosipedçilərin hərəkət edəcək marşrut boyu digər yollarda da qoyulması gözlənilir: “İyunun 20-21-də Bakı şəhərində ilk Avropa Oyunlarının velosiped yarışları keçiriləcək. Yollarda ayırıcı beton çəpərlərin düzülməsi də bununla əlaqədardır. İşlərə ona görə indidən başlanılıb ki, ilk Avropa Oyunları başlayanadək hər şey tam hazır olsun. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən və avtomobil sahiblərindən yollarda hərəkətdə olarkən diqqətli olmalarını xahiş edir. Həmçinin, fərdi avtomobillərdən maksimum dərəcədə az istifadə edilməsini, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edir”.
Qeyd edək ki, ilk Avropa Oyunları zamanı qrup velosiped ötüşməsi yarışları iyunun 20-21-də keçiriləcək. Bu yarışlar "Tour d’Azerbaïdjan-2015"in mayın 10-da keçirilmiş sonuncu, 5-ci mərhələsində olduğu kimi Bakı şəhərinin içində olacaq. Yarışların “start” və “finiş” nöqtəsi Azadlıq meydanında, Hökumət Evinin qarşısında olacaq. Qadınlar üçün şəhər içində keçiriləcək qrup ötüşməsi yarışları iyunun 20-də, kişilər üçün isə iyunun 21-də baş tutacaq.
Xəbəri paylaş
8568 dəfə oxunub.
Digər xəbərlər

20-08-2016, 22:21
Əli Kərimlinin köməkçisi saxlanıldı
13-01-2018, 13:15
Cücərmiş kartof ziyanlıdırmı?
14-03-2018, 13:16
Sabahın Havası
8-03-2017, 21:23
Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”
17-01-2016, 13:30
Bakıda faciə: 3 yaşlı uşaq öldü
9-07-2015, 11:29
Qızın rəqsi davulçunu özündən çıxardı - VİDEO
7-04-2017, 13:00
“Gecələr qabağımızı kəsirlər” - Yarımçıq tikilələr narkotik yuvasına çevrilib - VİDEO
25-01-2020, 18:22
Sumqayıtda mənzildə qadın meyiti tapıldı
12-09-2016, 14:50
Gəncə sakininin evində qumbara tapıldı - Foto
10-03-2021, 13:41
“EDU Gallery”dən FIRILDAQÇILIQ: 5000 dollar... - İTTİHAM