Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Gecələr qabağımızı kəsirlər” - Yarımçıq tikilələr narkotik yuvasına çevrilib - VİDEO
Tarix: 07-04-2017 | Saat: 13:00
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

“Gecələr qabağımızı kəsirlər” - Yarımçıq tikilələr narkotik yuvasına çevrilib - VİDEO

Tikintisi yarımçıq qalan bu binalar bir vaxtlar Mingəçevirdə fəaliyyət göstərən müxtəlif müəssələrin işçiləri üçün nəzərdə tutulub. İndi isə həmin binalar narkotik istifadəçilərin yuvasına çevrilib.

"Xəbəraz.az "ARB TV istinadən xəbər verir ki, deyilənləri hər addımda aşkarlanan “şprist”lər də təsdiqləyir. Vəziyyət yaşayış binalarının sakinlərini qorxuya salır.

Yaşar Abdullayev – Sakin: “Başqa yerdən kənar adamlar gəlir. Neçə dəfə təzyiq göstərmişik amma görürük ki, gecələr tanımadığımız uşaqlar qabağın kəsir deyir sən kimsən? Qarovulçusanmı?”

Təhlükə təkcə narkotik istifadəçiləri ilə bağlı deyil. Güclü külək əsən zaman istismar müddətini başa vurmuş panellərin aşması da sakinlər üçün təhlükə yaradır. Evsiz insanların yaşadığı, məişət tullantılarının atıldığı, antisanitar vəziyyətdə olan bu binalara hazırda heç kim sahib çıxmır. Nə Mingəçevir şəhər icra hakimiyyəti, nə də əmlak məsələləri dövlət komitəsi.

Ekspertlər hesab edir ki, bu tip binaların dəqiq uçotu aparılmalı, kategoriyalar müəyyənləşməli, sənədlər yoxlanılmalı, ekspertiza həyata keçirildikdən sonra müvafiq qərarlar qəbul olunmalıdır. Bu tip binalar özəlləşdirilməsi üçün hərraca da çıxarıla bilər.

Hələlik isə bu binalara sahib çıxan yoxdur. Görünür məsələ həllini tapana kimi həmin ərazilərə yaxın yaşayan sakinlər bir müddətdə təşviş çində yaşayacaqlar.



Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___