Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”
Tarix: 08-03-2017 | Saat: 21:23
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan "France Press" agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə" çağırıb.
"Xəbəraz.az "virtualaz.org-a istinadən bildirir ki, Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib. "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb" - Sərkisyan deyib.
Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması "zaman məsələsidir", ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. "Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır" - Sərkisyan bildirib. Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.
Sərkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını "ağrılı qarşıladıqlarını" da bildirib. "Biz bundan təəssüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir" - o deyib.
Xəbəri paylaş
8468 dəfə oxunub.
Digər xəbərlər

16-05-2020, 13:57
Bərdədə torpaq hahəsi usde Üsdə kütləvi dava düşüb 14 nəfər polis tərəfindən saxlanılıb
10-02-2016, 10:36
Hansı hallarda avtomobillərə dəyişikliklər etmək olar? - VİDEO
9-02-2016, 17:09
Azərbaycanda evlənmək istəyən 54 nəfərdə “SPİD” tapıldı
20-09-2019, 14:32
Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
24-01-2022, 04:30
Omar Hani İordaniya millisində
21-06-2016, 13:15
Vergidə hansı dəyişikliyi təklif edirsiniz?