Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suraxanı Su-kanal idarəsi əhaliyə yüksək səviyyədə xidmət edir.
Tarix: 21-10-2016 | Saat: 13:50
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Təbriklər | çapa göndər

Suraxanı Su-kanal idarəsi əhaliyə yüksək səviyyədə xidmət edir.

Azərsu ASC-nin Paytaxt Bakı üzrə 12 rayon Su kanal idarəsi təşkil olunmaqla əhalinin kommunal xidmətlərində əvəzsiz bir rol olan,içməli suya olan tələbatını həyata keçirir. 70 mindən çox abonenti özündə birləşdirən Suraxanı Su kanal idarəsi cari ilin 9 ayı ərzində rayonun 7 qəsəbəsi üzrə olan ərazilərdə Şəbəkə sistemi qurulmaqla günün 24 saatında əhalinin suya olan tələbatını ödəyir. Bakı və onun Ətraf Qəsəbələrinin Sosial İnkişafı Dövlət Proqramlarına müvafiq olaraq Azərsu ASC-nin Suraxanı rayon qəsəbələrində olarkən bunun əyani şahidi olduq. Belə ki, Hövsan qəsəbəsində hələ ötən əsrin 70-ci illərində 40 mindən çox olan əhali içməli sudan xeyli əziyyət çəkirdi. Çoxdan qurulmuş su xətt boruları müasir formada yeniləndi. Hörmətli dövlət başçımız cənab İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı iri infrastruktur layihələrinin reallaşaraq tətbiq olunması bir daha xalqa qayğı naminə siyasi fəalliyyətin bariz nümunəsinə çevrildi. Xeyli müddət idi ki əhali içməli su dan əhəmiyyətli dərəcədə əziyyət çəkirdi. Oğuz- Qəbələ su Kəmərinin Paytaxta çəkilərək reallaşması, həmçinin bu dövlət əhəmiyyətli işlərin görülməsinə çox böyük zəmin yaratdı.

"Xəbəraz.az " xəbər verir ki,Suraxanı Su kanal İdarəsinə rəhbərlik edən Əbülfəz Kərimzadə bu idarəyə təyinatından qısa zaman kəsiyində rayon üzrə olan qəsəbələrdə olarkən xeyli müsbət dəyişikliklərin baş verdiyinin şahidi olduq. Belə ki, qəsəbələrdə çoxmənzilli yaşayış binalarının zirzəmi hissələrindəki boru xətləri və İridiametrli siyirtmələr yeniləri ilə əvəz olunmuş, təzyiqə davamlılığı yoxlanılaraq quraşdırılaraq sakinlərə fasiləsiz olaraq içməli suyun verilməsi təşkil olunmuşdur. Qəsəbələrdə yeni salınmış Yaşayış massivlərinin sakinlərinin məskunlaşması nəzərə alınaraq həmin ərazilərdə müxtəlif diametr ölçülərdə keyfiyyət göstəricisi yüksək olan polietilen boruları çəkilərək müasir formada təşkil edilməklə Şəbəkə sistemi qurulmuşdur. Əhalinin Su kanal idarəsinə gələrək müvafiq formada Ərizə tərtib edilərək onlara Operativ olaraq abonent kodu açılaraq daha sonra müəyyən vaxt ərzində həmin abonentlərə daxili imkanlar hesabına Su sayğacları quraşdırılmaqla içməli sudan istifadə etməsi sakinlər tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

Rayon üzrə salınmış yaşıllıq zolaqlarının park və xiyabanlarda ağac və gül kollarının vaxtlı vaxtında su ilə təmin edilməsi və bu nöqteyi-nəzərdən də ölkəmizin ekologiyasına xüsusi diqqət ayrılması bir rəhbər kimi yüksək keyfiyyətə malik olması anlamını meydana çıxarmış olur.Rəyi soruşulan sakinlər onu da bildirdilər ki, mənzillərinə və həyətyanı evlərinə gələn içməli su xətlərində mövsümün hər bir vaxtında yaranmış problemə dərhal da Suraxanı Su kanal idarəsi rəhbərliyi müvafiq şəkildə tapşırığı ilə həmin problemlər qısa zamandaca öz həllini tapır. Belə ki, verilən su xətlərində yol çəkilişi məqsədilə yaranmış qəza vəziyyətlərində belə onların içməli suya olan tələbatı irihəcmli su tutumu olan avtomaşınlarla tam ödəmiş olurlar. İdarəyə bu və bu kimi digər məsələlərin həlli ilə bağlı üz tutan Suraxanı rayon sakinlərini öz doğması tək ehtiramla əziz tutan rayonun imtiyazlı təbəqəsindən olanlara xüsusi diqqət ayıran Əbülfəz müəllim qəbul zamanı onların müraciətlərini dinləyərək qısa zamanda yaranmış problemlərin aradan qaldırılmasını həyata keçirir.Bu da bir daha rəhbər olaraq Əbülfəz Kərimzadənin öz işinə dövlət və doğma xalqı naminə qayğılı,sayğılı fəaliyyətini təcəssüm etdirir.

"Xəbəraz.az " İnformasiya Agentliyi olaraq " Azərsu ASC " rəhbəri cənab Qorxmaz Hüseynova və bu Dövlət qurumu nəzdində fəaliyyət göstərən Suraxanı Su kanal idarəsi rəhbəri Əbülfəz müəllimə dövlət və xalq naminə bundan sonra aparılan işlərində yeni-yeni nailiyyətlər diləyirik.

Tural VAHİD


Xəbəri paylaş

1 3568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___