“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərman
Tarix: 18-09-2019 | Saat: 12:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda “Aqrar sahədə yeni subsidiya mexanizmi haqqında” təlim keçirilib. Təlimə öz çıxışı ilə başlayan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Arzu Hacıyev Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın təsdiq edilməsini təlim iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, bu qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Arzu Hacıyev həmçinin yeni subsidiya qaydaları ilə bağlı geniş məlumat verib, çoxsaylı sualları cavablandırıb.
Kənd Təsərrüfatı Nazirliyinin digər nümayəndəsi Natiq İsmiyev heyvandarlıq üzrə subsidiya və əkin subsidiyasının verilməsi qaydaları haqqında, o cümlədən subsidiyaların verilməsi ilə bağlı monitorinq və qiymətləndirmələr, subsidiyaların təyinatına uyğun istifadəsi və sui-istifadə halları baş verərsə tətbiq ediləcək cərimə mexanizminin qaydaları haqqında da əməkdaşları məlumatlandırıb.
Təlimdə mövzu ilə bağlı suallar cavablandırılıb və layihənin icrası yollarından bəhs edən bukletlər iştirakçılara paylanılıb.
Xəbəri paylaş
4258 dəfə oxunub.
Digər xəbərlər

3-03-2017, 20:33
“Yoxlama”nın qalmaqallı aparıcısı: “Sürprizlərə hazır olun”
12-02-2016, 14:32
İmkansızlıqdan -İki yaşlı uşağı anası özü küçəyə atıbmış
6-01-2016, 20:04
“Sabah Söyün Sadıqov Rusiya qoşunlarını Azərbaycana çağıracaq”
23-03-2016, 15:03
Mənzil bazarında son qiymətlər (VİDEO)
11-05-2018, 12:28
"Ürəyi zəif olanlar baxmasın" - Aytən Səfərova
29-04-2018, 15:13
Bürclərin evlilik həyatı haqqında maraqlı fikirlər
9-08-2016, 02:52
Şəkidə “Niva” körpüdən çaya düşdü
27-03-2017, 14:41
Benzinin, boyanın iyindən xoşunuz gəlirsə... TƏHLÜKƏLİ SİMPTOM
28-11-2016, 15:10
Maaş və pensiyalar artırılacaq