Üç yaşlı Fərəh torpağa əmanət olundu- Video
Tarix: 20-05-2015 | Saat: 15:31
Bölmə:M / Karusel / Gündəm / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda baş verən yanğında həlak olanlardan 2 nəfəri bu gün Qubada dəfn olunub.
Xeberaz.az ANS TV-yə istinadən xəbər verir ki, 3 yaşı hələ tamam olmamış Fərəh Məhərrəmovanın meyiti bu gecə ata evinə Xaçmaz şəhərinə gətirilib. Saat 12:00-da körpə Fərəh baba yurdu olan Quba şəhər qəbiristanlığında dəfn olunub. Balaca Fərəhin babası, ixtisasca hüquqşünas olan Şəvkət Məhərrəmov uşağın anası Günayın da hadisədən zərər çəkdiyini, hazırda Toksikologiya Mərkəzində ağır vəziyyətdə olduğunu deyib.
Yanğında həyatını itirənlərdən daha birinin meyiti Qubaya gətirilib. Elmira Yəhyayeva da bu gün Quba qəbiristanlığında dəfn olunub. Hadisə zamanı zəhərlənərək xəstəxanaya çatdırılan, 65 yaşlı Elmira Yəhyayeva bu gün gecə saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib. Mərhumun cənazəsi bu gün səhər saatlarında Quba şəhərinə gətirilib. Oğlu Murad Yəhyayev hadisə zamanı mənzildə anası, həyat yoldaşı, 2 uşağı, Qubadan onlara qonaq gəlmiş bacısı, 49 yaşlı Rəhimə Ələkbərovanın olduğunu deyir. İndi onlar Toksikologiya Mərkəzində müalicə olunurlar.
7188 dəfə oxunub.
Digər xəbərlər

4-04-2020, 12:38
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
19-09-2018, 20:14
Bakıda metro stansiyası 1 illik bağlanır - Qatarların hərəkəti dayandırılır, avtobuslar artırılır - FOTO
17-09-2016, 16:43
“Sədərək Ticarət Mərkəzi”ndən biabırçı görüntülər — VİDEO
16-03-2021, 10:10
Həbs edilən Azərbaycanlı generalın qardaşı GÖRÜN KİM İMİŞ
4-09-2020, 02:37
"Traktor" İran kubokunu qazandı
14-05-2016, 15:48
Irəvanın məkrli planı: Məqsəd Qarabağ deyil…
9-06-2016, 15:12
Rusiya qardaş dövlətin ricasını yerinə yetirmədi
11-02-2018, 11:31
Xəzərdə anormal proses qeydə alınıb
8-06-2018, 10:25
DÇ-2018: Nə qədər bilet satılıb?
13-04-2015, 15:13
ATV-dən Aşıq Ədalətin söyüşü ilə bağlı- Açıqlama