Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycana bu il gedəcəyik” – “Beşiktaş” prezidenti
Tarix: 19-06-2017 | Saat: 12:35
Bölmə:Karusel / İdman | çapa göndər


“Çinə səfər bizim üçün başlanğıc olacaq. Pakistan və Hindistanın da qərarlaşdığı o bölgədə milyonlarla müsəlman yaşayır”. Apasport.az saytının məlumatına görə, bunu “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib.
 
Türkiyə mətbuatına açıqlama verən klub rəhbəri növbəti dəfə müsəlman ölkələrinə səfərlə bağlı planlarından danışıb. Orman Azərbaycan məsələsinə də toxunub və ölkəmizə gələcəklərini təkrarlayıb.
 
O, səfərin bu il reallaşacağını vurğulayıb: “Özümüzü yüksək yerlərə gətirmək arzusundayıq. Amma çox da yuxarıdan getməyə ehtiyac yoxdu. Biz nə “Real”, nə “Barselona”, nə də “Mançester Yunayted”ik. Messi, Ronaldo, İbrahimoviç kimi dünya ulduzlarına malik komandalardan müştəri “qoparmaq” asan iş deyil. Amma müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə simpatiya qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşləri var. Ötən il ora gedə bilmədik. Bu il dəqiq gedəcəyik. Qazaxıstan, İndoneziya və Malayziyaya da gedib oyunlar təşkil edəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var”.
 
Qeyd edək ki, “Beşiktaş” iyulun 16-da təlim-məşq toplanışı üçün Çinə yollanacaq, orda “Quançjou” və “Şalke” ilə yoxlama görüşü keçirəcək.


Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___