Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tolik “Azəriqaz”dan şikayətçidir - RƏSMİ AÇIQLAMA
Tarix: 22-08-2019 | Saat: 11:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər

Tolik “Azəriqaz”dan şikayətçidir- RƏSMİ AÇIQLAMA
Məşhur prodüser Tolik (Tarix Əliyev) “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir.
ıqlama verən prodüser bildirir ki, yaşadığı Nərimanov rayonu Gülarə Qədirbəyova küçəsi 14, 16, 18, 19 ünvanında yerləşən "Sveethause MTK"-ya məxsus yaşayış binalarına sayğaclar qoyulsa da qaz verilmir:
"Mənim evim Heydər Əliyev Mərkəzi ilə üzbəüz binada yerləşir. Binada olan mənzillərə qaz sayğacları qoyublar. Qaz xətti çəkilib, indi deyirlər blomb qoyulub. 10 gündən çoxdur blomb qoyub, qazımızı vermirlər. Cənab prezidentin sərəncamı var ki, evlərə qaz verilsin. Qazımız yoxdur, qonşular şikayət edir. Sayğac quraşdırmaq üçün dövlət rüsumunu da ödəmişəm. Azəriqaz” İstehsalat Birliyinin İcitmiayyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovla da danışmışam. Mənim mənzilimə quraşdırılan sayğaca blomb da vurublar. Bu gün, sabah deyə-deyə qaz vermirlər. Guya ki, qonşularda problem var. Qonşuları tapa bilmirlər ki, bütün mənzillərdəki sayğacları blomblasınlar.
Azəriqaz” İstehsalat Birliyinin İcitmiayyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Unikal.org-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:
"Axı, mən bu məsələni Tarixin özünə izah etmişəm. Ayın əvvəli o mənimlə əlaqə saxlayıb. Bilirsiniz onların binası MTK-ya aiddir. MTK mənzilləri kimə satırsa onlarla müqavilə bağlayır. Qazlaşmanı onlar lisenziyası olan tikinti şirkətlərindən birinə bağlayırlar. O müqavilə əsasında həmin şirkət gəlir, həm bina daxili, həm mənzil daxili bütün qaz çəkilişini, eyni zamanda sayğacların quraşdırılmasını həyata keçirir. Biz o prosesdə iştirak eləmirik. Sayğacları yalnız bizdən alıb, aparıb quraşdırırlar. Son məqamda Azəriqaz-ın mütəxəsisləri gəlib, baxır. Əgər sayğaclar düzgün quraşdırılıbsa, yoxlamadan keçirəndə hər şey qaydasında olarsa, biz qazın açılışına razılıq veririk. Deyək ki, 50 mənzil var. Əgər o mənzillərin birində də qüsur olarsa qazın verilişi baş tutmur. Tarixə mən fotolar göndərmişdim. Qonşuları sayğacları düzgün quraşdırmayıb. Onlar dəyişdirilməlidir. Onların komendatı şərait yaratmalıydı. Onu vətəndaşlar müqavilə bağladığı MTK-nın yaxasından yapışıb, tələb etməlidirlər. Çünki onlar sayğacları düzgün quraşdırmadığı üçün Azəriqaz qaz verə bilmir. Biz niyə maraqlı olmayaq? Bu bizim üçün əlavə gəlirdi.? Bu bizim üçün əlavə gəlirdi. Bundan başqa 1-ci blokda 19 mənzil qapısı açılmır, yaşayış yoxdur. 2-ci blokda 56,65,66,67 nömrəli mənzillər bağlıdır. Eyni zamanda birləşmiş 2 mənzillərin biri uyğundur digəri təmir olunub deyə təkrar qaynaq işləri apara bilmirlər".


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___