“Əleyhqazımı ona verdim...”
Tarix: 20-05-2015 | Saat: 00:49
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Bu gün Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasedicilərdən də yaralanan olub.
Xeberaz.az xəbər verir ki, həmin şəxs Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğludur. O, binadakı sakinlərdən birini xilas edən zaman yaralanıb. Bu barədə Xətainin özü məlumat verib:
“14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın”.
Xilasedicinin atası Akif Şahverdiyev Xətainin artıq evə buraxıldığını qeyd edib:
“Tibbi müdaxilədən sonra səhhətinin o qədər də ağır olmadığı bildirilib, evə buraxılıb. Tanışların nəzərinə çatdırıram ki, sağ- salamatdır, səhhəti üçün heç bir təhlükə yoxdur.
Əzizlərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm!”
Xəbəri paylaş
6918 dəfə oxunub.
Digər xəbərlər

23-03-2019, 09:18
Çində kimya zavodunda partlayış oldu - 64 NƏFƏR ÖLDÜ
12-02-2016, 16:04
“KVN”çilər dolların qalxması barədə Elman Rüstəmova "ilişdi" - Video
1-04-2016, 11:48
Alimlər işığın hərəkətini videoya çəkdilər - VİDEO
8-08-2020, 14:12
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslərdən nəticə çıxarmayıb - Görünəni budur...
17-03-2016, 18:40
Prezidentin əfv etdiyi məşhurlar - SİYAHI
18-05-2016, 14:32
Vüsalə Asifin "Ömür də bir nağıl imiş" adlı şeir kitabının imza günü
4-11-2023, 09:56
Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
9-01-2017, 21:48
Balıq yağının misilsiz faydaları və düzgün qəbulu
26-11-2015, 21:56
“AST Telmanın xalq artistinə verdiyi villa əlindən alındı