Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vüsalə Asifin "Ömür də bir nağıl imiş" adlı şeir kitabının imza günü
Tarix: 18-05-2016 | Saat: 14:32
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Vüsalə Asifin "Ömür də bir nağıl imiş" adlı şeir kitabının imza günü

15.05.2016 cı ildə Vüsalə xanımın; ”Ömür də bir nağıl imiş ,” kitabının açılış təqdimatı “kitab evi.az da kecirilmişdir. Bu toplantıda mən də “Xeberaz.az” İnformasiya Agentliyinin müxbiri olaraq iştirak etmişdim. Bu məclisdə iştirak edən bütün yazarlar , şairlər və şairələr,qonaqlar Vüsalə xanımın yaradıçılığı ilə tanış oldular yazmış olduğu şerlərı dinlədilər. Bu məclisdə iştirak edən Yazıcılar birliyinin üzvü ulduz jurnalının poeziya şöbəsində calışan M.Ferqanə xanım Vüsalə xanım haqda onun yaradıçılıqda olan nailiyyəti və uğurları barədə geniş məlumat verdi.
Vüsalə xanım Süleymanova Bərdə rayonunda dünyaya gəlmiş, orta məktəbi orada oxumuş , sonar Mingəcevir tibb kolleçində təhsilini davam etdirmiş ,oranı bitirdikdən sonar Beynəlxalq Universitetde təhsilini artırmışdır.
Neçə illər öz sahəsi üzrə işləsədə onun yazarlıq istedadı yaradıçılıqla da məşqul olmasına səbəb olmuşdur.Vüsalə xanımın iki kitabı “Oxumayın məni” və “Ömurde bir nağıl imiş” kitabları işıq üzü görmüş layiqincə oxucu qazanmışdır.İki övlad sahibi anası olan Vüsalə xanım bir övladını itirsədə öz qürur və əzəmətini qoruyub saxlamışdır. O öz iç dünyasının ağrı və acılarını məhz kağız üzərində yazmış və şerləri ilə təsginlik tapmışdır.Onun bu gün təqdim etdiyi “Ömür də bir nağıl imiş” kitabı məhz bu ağrı – açını tərənnüm edir və qəlbinin dərinliyindən süzülüb gələrək qələmə alınmışdır.

Başında fikir olmasa
Üreyin sözlə dolmasa
Qələmin əldədurmasa
Nə söyləyib , nə yazarsan
Fikrini hardan alarsan

Toplantıda iştirak edən Yazıçılar birliyinin üzvü Qobustan jurnalının yazarı beş kitab müəllifi Aləmzar Əliyeva Sadıq qızı, B.D.U-nin Dossenti Dadaşova Vüsalə xanım,Yazar Ruslan Nadir ,Niderlandda yaşayan yazarımız Sevinc Cəfərova və başqa iştirakçılar öz ürək sözlərini söylədilər , şerlər oxudular.
Kitabın redaktoru Ramil Mərzili bu kitabdakı şeirləri müəllifin bala həsrətinin fəryadı kimi qeyd edib. Nə qədər kədərli olsa da kitaba redaktorluq etməyi mənəvi borc hesab edirəm- deyib.
Kədər dolu şeirlər kitabına ön söz yazan Esmira Məhiqızı müəllifin kədərinə şərik olaraq çıxışını səbr diləməklə yekunlaşdırıb.

Belə toplantıların keçirilməsi onu göstərir ki, Azərbaycan ədəbiyyatına ,onun gənc yazarlarına dəyərincə qiymət verilir. Bu da ədəbiyyatımızın və mədəniyyətimizin yüksək səviyyədə inkişafina gələcək nəslin bilik və bacarığına müsbət bir təkan verer.
“Xəbəraz..az”İnformasiya agentliyinin Mədəniyyət şöbəsinin müxbiri MİNA HÜSEYİNLİ.
Vüsalə Asifin "Ömür də bir nağıl imiş" adlı şeir kitabının imza günü
Vüsalə Asifin "Ömür də bir nağıl imiş" adlı şeir kitabının imza günü


Xəbəri paylaş

2 3548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___