Ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri bilindi
Tarix: 13-05-2015 | Saat: 18:07
Bölmə:M / Karusel / Gündəm / Fotogalereya | çapa göndər
Magistraturaya müsabiqənin nəticələri elan olundu
Nəticələr internet saytda yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini mayın 13-də saat 17:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirib.
Xeberaz.az xəbər verir ki,, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı mayın 14-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.
Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2015-ci il iyun ayının 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Xəbəri paylaş
5628 dəfə oxunub.
Digər xəbərlər

21-04-2016, 21:41
Kraliça sosial şəbəkə redaktoru axtarır - 100 min manat maaş verəcək
20-10-2019, 16:11
Konsertdən sonra ombalarımı əməliyyat etdirəcəm
15-02-2023, 11:41
İlin xəstəliyi: Zəlzələ və ölüm xəbərlərinə baxmaq Dumskrollinq yaradır
9-03-2017, 13:41
Tələbələrin öldüyü qəzanın baş vermə anı - Video
31-08-2022, 11:24
Azərbaycanda bu qadağa ləğv edilir - Sabahdan...
8-07-2018, 08:54
Dünyanın ən zəngin adamı bəlli oldu
28-06-2016, 15:55
HANDE YENER VƏ BÜLENT ERSOYUN BİRGƏ SEÇİMİ - FOTO
10-05-2020, 14:53
Prezident və birinci xanım ağac əkdi
7-10-2020, 11:37
Nazirlik işğaldan azad olunan daha bir kəndin GÖRÜNTÜLƏRİNİ YAYDI