Cəbhədəki son gərginliklə bağlı NATO nümayəndəsi Müdafiə Nazirliyində olub
Tarix: 15-04-2016 | Saat: 11:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri Vilyam Lahu üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq verilib.
Nazirliyin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.
Əlavə olaraq, Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində Azərbaycan hərbi qulluqçularının mülki erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə yayılan dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.
Sonda Vilyam Lahunun sualları cavablandırılıb.
Xəbəri paylaş
5338 dəfə oxunub.
Digər xəbərlər

8-02-2016, 14:01
"Instagram"dan hamının gözlədiyi — MÖHTƏŞƏM YENİLİK
14-03-2016, 15:59
Azərbaycanda banka borcu olanların həbsi başladı (FOTO)
31-05-2023, 11:08
Kənan MM nazirliyə müraciət etdi - "Böyrəyimi satıram"
18-04-2015, 02:16
Telekanalların dil qüsurları müəyyən olunub
13-09-2017, 21:46
Mehriban Əliyeva “ADA” Universitetində - FOTO
14-06-2016, 17:52
NATO-nun Türkiyə ilə bağlı xüsusi planı
4-09-2015, 00:21
Şuşa məscidinə ermənicə yazılmış lövhə vuruldu - FOTOLAR
10-03-2023, 13:24
Pulun qədrini bilməyən bürclər - Xərcləməyi sevirlər....
16-07-2019, 07:42
Şaurma reklamı qalmaqala səbəb oldu - Polisə şikayət edildi