Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Konsertdən sonra ombalarımı əməliyyat etdirəcəm
Tarix: 20-10-2019 | Saat: 16:11
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt | çapa göndər

Konsertdən sonra ombalarımı əməliyyat etdirəcəm

“İçdiyim dərmanlardan zəhərləndim. Ayağımda artıq uzun müddətdir ki, ağrılar var. O ağrıları azaltmaq üçün ağrikəsici preparatlar qəbul edirdim. Bu il səhnə fəaliyyətimin 20 illiyini Heydər Əliyev adına sarayda qeyd edəcəyəm. Konsertdən sonra ayağımdan əməliyyat olunacağam”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri məşhur müğənni Roza Zərgərli Oxu.Az-a açıqlamasında dilə gətirib. O içdiyi ağrıkəsici dərmanlar ucbatından bədənində suluqların əmələ gəldiyini söyləyib:
"Ağrılarım çox olduğundan ağrıkəsici dərmanları da çox içirdim. Onlar isə səhhətimə əks təsir göstərdi. Dəri zəhərlənməsi verib, vücudumda suluqlar əmələ gəlmişdi. Üç gün ardıcıl olaraq dərmanları içdim, məni komaya saldı”.
“Roza da omba əməliyyatı keçirib” deyənlərə sənətçidən sərt reaksiya gəlib. Zərgərli ona qara yaxanları “düşük” adlandırıb:
“Arxivə nəzər salsaz, görərsiz ki, vücüdümda və bədənimdə heç bir dəyişiklik yoxdur, olmayacaq da. Olsa da, ancaq üz nahiyəmdə ola bilər. Yaşlansam, üzümü səliqəyə salacağam, çünki səhnə, efir adamıyam.
Amma digər əməliyyatları rəva bilmirəm. Baxmayaraq ki, özüm illər öncə qaşımı tatuaj etdirmişəm, amma buna da yaxşı baxmıram. Gənc olmuşam etdirmişəm, indi dərk edirəm ki, gərək etməzdim.
“Omba” əməliyyatı keçirmədiyimə inanmayan insanlar düşük adamlardır, ağılları özləri kimi işləyir. Mən heç nədən nə çəkinirəm, nə də ki, qorxuram. Hansı əməliyyat etdirmişəmsə, onu da açıq etiraf etmişəm.
“Liposaksiya” əməliyyatı etdirdim, açıq-aşkar dedim. Deməyə də bilərdim. Özü də bəzi sənətçilər kimi, barter yolu ilə deyil, pul verib əməliyyat olunmuşam”.
Əməliyyat yolu ilə “omba”larını böyüdən sənətçilərə Roza belə reaksiya verib:
“Onların “duxu” yoxdur, ona görə ombalarını əməliyyat etdirib, böyütdürlər. O ki qaldı “omba” əməliyyatı keçirən məşhurlarımıza, onlar kompleks keçirtdikləri üçün əməliyyat etdirib, böyüdüblər.
Məsələn, dişlərim ürəyim istəyən formada deyildi, kompleks keçirirdim. Arıqlayanda önə “dovşan” kimi çıxırdı. Hazırda bu kompleksi dəf etmək üçün xüsusi diş “kappaları”ndan istifadə edirəm.
Hərənin bir kompleksi var. “Liposaksiya” əməliyyatını da ayağımda yaranan problemlər ucbatından keçirdim. Çəkim ağır olurdu, yeriyə bilmirdim. Narahatlıq keçirirdim” .


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___