Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ekspert: Dollar 5 manata kimi qalxa bilər
Tarix: 21-12-2015 | Saat: 18:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Ekspert: Dollar 5 manata kimi qalxa bilər


"Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir”.

Xeberaz.az-in məlumatına görə, bunu Trend-ə İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər".

Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: "Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir".

O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.


Xəbəri paylaş

1 0098 dəfə oxunub.

Digər xəbərlər
25-08-2017, 11:34 Atəşkəs yenə pozuldu

bütün xəbərlər
____ Instagram ___