Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Özümü kişi məclisində rahat hiss edirəm" - Səidə
Tarix: 23-05-2019 | Saat: 17:25
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Müğənni Səidə Sultan prodüser Tarix Əliyevin (Tolik) “Youtube” layihəsində qonaq olub. Səidə proqramda maraqlı fikirlər səsləndirib. Belə ki, ifaçı həmkarı Şəbnəm Tovuzlunun “kişi məclisinə heç vaxt getmərəm” açıqlamasına münasibət bilirib:

“Kişi məclislərinə dəvət olanda gedirəm. Elə hörmətlə qarşılanıram ki… Sağ olsunlar! O sözlə razılaşmıram ki, kişi məclisinə gedərəm, elə oradan da kişi kimi çıxaram. Özümü onların yanında rahat hiss edirəm. Biz niyə belə düşünürük ki, kişi məclisinə gedərəm, nəsə olar. Ola bilər ki, müğənnilərin sevdiyi insan var, kişi məclislərinə icazə vermir. Mənim yanaşmam belədir”. 

Daha sonra Səidə Nadir Qafarzadənin xanım müğənniləri fahişə adlandırması barədə də danışıb:

“Nadir Qafarzadəyə zəng vurub dedim ki, düzgün hərəkət etmirsən. Qayıdıb deyir ki, sən özünə götürürsən? Söhbət burada özümə götürməkdən getmir. Müğənnilər haqqında artıq sözlər deyir. Ümumi halda danışıb. Adam sözü fikirləşib deyər. Nadir, sənə elə söz deyərəm ki, 10 qatından keçər. Mənə cavab verə biləcəksən? Hər kəsin ayıbı var. Kiməsə söz atanda, ayıblarını düşünsünlər. Hamının günahı və səhvi var. Şou-biznesdə sildiyim insanlar da var. Onlarla rastlaşanda bilirəm ki, düzəm, səhvim yoxdur. Ona görə də, narahat olmuram”.


Xəbəri paylaş

4268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___