Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bunun sonu Əzrayılla erkən görüş ola bilər"
Tarix: 14-03-2016 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Bunun sonu Əzrayılla erkən görüş ola bilər"


Avtomobili sərxoş halda idarə edənlərin cəzasının yüngülləşdirilməsi kobud səhvdir.
"Xəbəraz.az " xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin avtomobili sərxoş vəziyyətdə idarə etməyə görə, məsuliyyəti yüngülləşdirilməsinin acı nəticələri ola bilər:

"Bunun sonu Əzrayılla erkən görüş ola bilər"
"Son günlər mediada belə bir fikir vurğulanır ki, sərxoşluğa görə məsuliyyətin yüngülləşməsi sürücülərin xeyrinədir. Bu, həqiqətən də, belədir. Amma bu yumşalma, sadəcə, sürücülərin yox, sərxoş vəziyyətdə avtomobil sürənlərin, yəni yüksək intizamsızların da xeyrinədir. Əslində isə bu, kobud səhvdir, çünki ümumi yol hərəkəti təhlükəsizliyinin ziyanınadır. Hətta dərinə gedilsə, elə həmin alkoqoliklərin də ziyanınadır, çünki İXM-də cəzaların yumşalması onları yeni "qəhrəmanlığa" sövq edə bilər. Bunun sonu isə törədilmiş konkret qəzadan sonra dəmir barmaqlıqların arxası, travmatologiya şöbəsində sürəkli müalicə, ən pis halda isə Əzrayılla erkən görüş ola bilər..."
Qeyd edək ki, martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə görə, avtomobili sərxoş halda idarə edənlərin cəriməsi yüngülləşdirilib. Belə ki, köhnə məcəllə ilə sərxoş sürücü hər hansı kobud qayda pozuntusu törətdikdə ona 400 manatdan 500 manata kimi cərimə tətbiq edilməklə sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılırdı. İndi isə eyni pozuntunu törədən sürücü ya 400 manat və 5 balla cərimə olunur, ya da sürücülük hüququ məhdudlaşdırılır.

İXM-ə əsasən, sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər.



4138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___