Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şahdağda yanğın qəsdən törədilib
Tarix: 26-11-2015 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şahdağda yanğın qəsdən törədilib
“10 hektar ərazidə xəzəl və quru ot örtüyü yanıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib:

“Dərhal əraziyə cəlb olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində bu gün səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib”.

Məlumatda qeyd olunub ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır:

“Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub”.


Xəbəri paylaş

5178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___