Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elzanın Aygünə cavabı gecikmədi
Tarix: 03-02-2016 | Saat: 22:40
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Elzanın Aygünə cavabı gecikmədi

Müğənni Aygün Kazımova həmkarı Elza Seyidcahanın “Qadın nə istəyir?” şeirinə nəzirə yazıb

Müğənni öz şeirini sosial şəbəkədə paylaşıb.

Musavat.com saytına açıqlama verən Elza Seyidcahan Aygün Kazımovanın nəzirəsini bəyəndiyini qeyd edib:“Aygün xanıma təşəkkürümü bildirirəm. Nəzirəsi qəşəng alınıb, gözəl cavablandırıb. İstedad özünü hər yerdə büruzə verir. Aygün də məktəb keçib, Namiq Qaraçuxurlu kimi sənət yoldaşı olub, bir neçə il əməkdaşlıq ediblər. Gözəl nəzirə yazdığı üçün onu öpürəm. Onu da demək istəyirəm ki, çoxları şeirlərimə nəzirə yazır. Aygünü alqışlayıram, o yazdığı şeiri danmadı. Mərd-mərdanə bildirdi ki, Elzanın şeirinə nəzirə yazıram. Elə adamlar var ki, şeir yazıb, mənim adıma çıxarırlar. Şeirlərimə Aygün kimi nəzirə yazan görmədim”.

Elza Seyidcahan yaxın günlərdə şeir kitabının işıq üzü görəcəyini də bildirib: “Şeirlərimdə fəlsəfə olsa da, asan dildədir. Asan dil insanların düşüncəsini, şeirə baxışını açır, həvəsini çoxaldır. Bir müddət bizdə mütaliə azalmışdı. İndi isə verilişlərdə şeir oxuyurlar. Şeir ancaq şeir mərasimlərində oxunmalı deyil. Bizim Cəfər Cabbarlılarımız, Mikayıl Müşfiqlərimiz bir-biriləri ilə şeirlərlə danışıblar.

Mikayıl Müşfiq öz Dilbəri, həyat yoldaşı ilə şeir dili ilə danışıb. Əliağa Vahidin danışığı şeir dilində olub, onun sözləri qəzəl kimi tarixdə qalıb. Bu gün mən şeir yazıram. Mənim şairliyim bəstəkarlığımdan öncə olub. Uşaqlıqdan şeir yazıram. 2013-cü ildə isə şeirim müzakirələrə səbəb oldu. Yaxın günlərdə kitabım çıxacaq. Şeirlərimə yazılan gözəl nəzirələri də kitaba daxil edəcəyəm. Aygün Kazımovanın şeirini də kitabıma əlavə edəcəyəm. Əsəri yazırıq ki, insanlar bəhrələnsinlər, özlərinə aid qismini götürsünlər”.


Xəbəri paylaş

9968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___