Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çoxları bu cinayətin qurbanı ola bilər - Nə etməli?
Tarix: 17-01-2017 | Saat: 21:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər

 Çoxları bu cinayətin qurbanı ola bilər - Nə etməli?


Son illər kütləvi informasiya vasitələrində tez-tez kimlərinsə vətəndaşları, xüsusən də qadınları onların şəxsi həyatında gizli saxladığı bəzi məqamları üzə çıxarmaqla, xüsusən daha çox intim foto və videoları ilə şantaj etməklə onlardan pul qoparmaq və ya başqa istəklərinin yerinə yetirilməsi üçün istifadə halları ilə bağlı xəbərlərlə rastlaşırıq.

Bəs insanları intim şəkillərlə və ya digər rüsvayedici məlumatlarla şantaj edən şəxsləri hansı cəza gözləyir? Əgər kimsə şantaja məruz qalırsa, bu zaman hansı tədbirlər görülməlidir?



Bu suallara hüquqşünas-ekspert, Vəkillər Kollegiyasının üzvü Asif Abdullayev aydınlıq gətirib.



Ekspertin sözlərinə görə, hər şeydən əvvəl Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".

Vəkil qeyd edib ki, son illərdə texnikanın inkişaf etməsi pis niyyətli şəxslərə şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. Bəzi insanlar xanımın istər real münasibət zamanı çəkilmiş şəkillərdən, istərsə də sosial şəbəkələrdə yaranmış ünsiyyət nəticəsində göndərdiyi şəkillərdən şantaj məqsədi ilə istifadə edir, onları yayacaqları ilə hədələyərək xanımlardan pul tələb edirlər və belə hallar az deyil:



"Şantaj edərək pul tələb etmə, qanunvericiliyə əsasən, cinayət məsuliyyətinə səbəb olur. Şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir".



A.Abdullayev bildirib ki, göründüyü kimi, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub. Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər:

"Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrubə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər".

Lakin vəkilin fikrincə, şantajçıların torundan qurtulmaq yolları var: "Şantajın qurbanına çevrilməmək üçün bununla bağlı vaxtında polisə müraciət etmək lazımdır. Eyni zamanda, şantaj edən şəxsə qarşı sübutlar da toplamaq yaxşı olardı. Misal üçün, şantaj edən şəxslə SMS-lə yazışmaq olar. Gələcəkdə polis bu işi araşdırarkən, mobil operatordan bütün SMS-lərin məzmunu barədə məlumatı əldə edə bilər və bu məlumatlar şantaj faktını sübut edəcək. Məlumat üçün qeyd edim ki, SMS-lə yazışmaların məzmunu saxlanılır və istintaq zərurəti yarandığı halda qanunla nəzərdə tutulmuş qaydada onları əldə etmək mümkün olur. SMS yazışmalarla yanaşı, şantaj edilməyinizin şahidi olmuş şəxsin ifadəsi və sübut kimi çıxış edə biləcək digər hallar da cinayət əməlinin sübuta yetirilməsində yardımçı ola bilər.

Qeyd edim ki, əksər cinayətlərdən fərqli olaraq, şantajla pul tələb etməyə görə cinayət məsuliyyəti 14 yaşdan yaranır. Yəni, 14 yaşına çətmiş şəxs şantaja görə cinayət məsuliyyətinə cəlb edilə bilər".



Ekspert hesab edir ki, şantajla bağlı məsələlərdə zəruri hüquqi addımlar atmaqla yanaşı, psixoloji cəhətdən də dözümlülük nümayiş etdirmək lazımdır: "Təcrübə göstərir ki, bəzi şəxslər şantajla məşğul olurlar, lakin əllərində olan rüsvayedici məlumatları yayacaq qədər cəsarətli olmurlar. Buna bir çox amillər səbəb ola bilər. Məsələn, cinayət məsuliyyətindən, məsələnin ictimailəşəcəyindən qorxur və sadəcə şantaj görüntüsü yaradaraq asan yolla pul əldə etməyə çalışırlar və s. Belə şəxslər öz qurbanlarını qorxudur, amma şantaj etdiyi şəxsdən imtina cavabı aldıqdan sonra bu əməldən əl çəkirlər. Buna görə də şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır. Hər bir halda, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür". milli.az





Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___