Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda koronavirusla bağlı XƏBƏRDARLIQ - Yoluxma sayı artır - VİDEO
Tarix: 24-08-2023 | Saat: 10:23
Bölmə:Karusel / Gündəm / Səhiyyə / Xəbəraz TV | çapa göndər

Dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb.

İyulun 17-dən avqustun 13-dək koronavirusa 1,4 milyon yoluxma halı qeydə alınıb.
Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.

Mövzuya münasibət bildirən Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev "Xəzər Xəbər"ə bildirib ki, koronvirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır.

Onun sözlərinə görə, hazırda qoşu ölkələrdə "omicron" ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir.

İnfeksionist bildirib ki, "EG.5"lə yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir. Amam yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, qorxulu həddə deyil.

Vasif Əliyev əlavə edib ki, bu növlərin Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, ölkəmizdə də gələcəkdə aşkarlanma ehtimalı istisna deyil. Həkim vətəndaşları gigiyenik qaydalara əməl etməyə çağırıb.
 


Xəbəri paylaş

2858 dəfə oxunub.

Digər xəbərlər
28-06-2018, 22:20 Qaxda qəza: yaralanan var

bütün xəbərlər
____ Instagram ___