Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında
Tarix: 21-09-2015 | Saat: 12:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında
Səlim Müslümov mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Xəbəraz.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___