Azərbaycanda 20 yaşlı şəxs qisas məqsədilə adam öldürdü
Tarix: 08-05-2020 | Saat: 13:40
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Mayın 7-i saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İsmayıllı rayon Prokurorluğundan "Xeberaz.Az"-a verilən məlumata görə, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5388 dəfə oxunub.
Digər xəbərlər

9-05-2016, 18:06
İŞİD-in yeni “ölüm üsulu”: gözləri bağlı halda... FOTO (18+)
1-06-2016, 21:25
Bakıda avtobus abadlıq işçilərini vurdu - Foto
24-06-2015, 15:09
“Samsung Galaxy S7” ilin sonuna kimi buraxıla bilər
2-01-2022, 11:35
"Şaban"ın oğlu yeni ili ətəkdə qarşıladı - FOTO
16-06-2016, 16:11
Əli Abbasovun kartof sahəsindən oğurluq edildi
22-10-2020, 08:26
İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok
6-07-2017, 20:53
Emin “Xose Məmmədov” obrazında - Video
9-03-2016, 18:55
Problemli kreditlərin həcmi açıqlandı (RƏSMİ)
19-10-2015, 16:07
Masallının təhsil şöbəsindı baş verən korrupsiyaya niyə göz yumulur?