Sürətlənən vaksinasiya prosesi və AZALMAYAN yoluxma sayı: - "Brifinq virusla mübarizə metodu deyil"
Tarix: 13-08-2021 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
“Operativ Qərargahın ayda bir dəfə brifinq etməsi və hansısa qərarı elan etməsi virusla mübarizə metodu deyil”.
Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə olunur. Maraqlıdır ki, yanvar ayından başlayan vaksinasiya prosesinin davam etməsinə baxmayaraq, effektiv nəticə nəzərə çarpmır. Əksinə, vaksinasiya prosesi olmayan dövrlə müqayisədə hazırda yoluxma sayı dəfələrlə artıqdır. Lakin bu artımın səbəbləri ilə bağlı nə TƏBİB, nə də Nazirlər Kabineti yanında Operativ Qərargah rəsmən açıqlama verirlər.
Mövzu ilə bağlı “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı açıqlamasında bildirib ki, yoluxma sayınn artmasının səbəbi düzgün idarəetmənin təşkil olunmamasıdır:
“Aidiyyatı qurumlar bu artımı toy və şənlik mərasimlərinin keçirilməsi ilə bağlayacaqlar. Ancaq hər kəsə məlumdur ki, toylara icazə verilməmişdən öncə də insanlar restoranda və ya əyləncə mərkəzlərində bir-birinə yaxın məsafədə otururdular. Ona görə də qurumların irəli sürəcəyi səbəblər sual doğurur. Onu da qeyd edim ki, açıqlanan statistik rəqəmlər maraq doğurur. Bir gündə yoluxan şəxslərin sayı beşdirsə, növbəti gündə yoluxma sayı 200 nəfər qeyd edilir. Bu gedişat şübhəlidir. Operativ Qərargahın ayda bir dəfə brifinq etməsi və hansısa qərarı elan etməsi virusla mübarizə metodu deyil. Qurum fəaliyyət istiqamətini dəyişməli və beynəlxalq təcrübələrdən istifadə etməlidir. Virusa yoluxmamanın qarşısını almaq üçün vaksinasiya prosesində də fərqli metodlardan istifadə olunmalıdır. Hər hansısa qadağa tətbiq etmədən öncə nəticələrini anlamaq lazımdır”.
Xəbəri paylaş
3368 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 17:42
Azərbaycanla Türkiyə arasında saziş imzalandı
4-07-2017, 12:33
İnstagram-da kök qadınların "inqilab"ı başlayıb - FOTO
28-11-2018, 10:45
"Qalatasaray"ın son şansı, PSJ "Liverpul"a qarşı
27-12-2019, 12:11
Sürücünün yol polisinin cibinə nə qoyduğu araşdırılır - VİDEO
19-09-2017, 09:06
ABŞ Ukraynaya 500 milyonluq hərbi yardım ayırdı
2-08-2015, 13:25
Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır.
2-08-2017, 11:50
Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü
19-09-2017, 09:26
Mətanət İsgəndərlinin türkiyəli kürəkəni - xınadan yeni fotolar