Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşqədəm Ayselə təzminat ödəməlidir - Qərar verildi
Tarix: 25-07-2023 | Saat: 14:40
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

xosqedem-aysele-tezminat-odemelidir


Aparıcı Xoşqədəm Hidayətqızı efirdə işlətdiyi sözlərə görə müğənni Aysel Əlizadəyə təzminat ödəyəcək.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

İşin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb, elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəm...”, “Onun ailəsini dağıdan şəxs isə sizlərin, hamımızın tanıdığı çooox məşhur bir müğənnidir əziz tamaşaçılar.” “Xanımın ailəsini dağıdır və xanımın 10 yaşlı uşağını həyat yoldaşı əlindən alır. Yaxşı bu müğənni niyə sənin ailəni dağıdır?” “Sən nə vaxt bildin ki, o müğənni ilə bərabərdir, artıq o qadınla?” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.



Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.










Xəbəri paylaş

1078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___