Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbirdən cadu çıxarmaq üçün 4 min manat alan falçı ələ keçdi - VİDEO
Tarix: 17-10-2021 | Saat: 11:24
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər



Ağstafada dələduzluq edən falçı saxlanıb. Onun fala baxmaq adı ilə insanları aldatdığı və pul aldığı iddia olunur.
Öncə fala baxdırdı, daha sonra şikayət edib tutdurdu.
Ağstafada dələduzluq etməkdə şübhəli bilinən "falçı" saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinini fala baxmaq adı ilə aldadaraq, onun pulunu mənimsəyən Bakı şəhər sakini tutulub.
Araşdırmalar zamanı məlum olub ki, paytaxt sakini Gülarə Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 min manat pul alıb.
Gülarə Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın daha 2 min manatını dələduzluq yolu ilə mənimsəyib.
Bir müddət sonra 3-cü dəfə rayona gələn Gülarə Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanaraq Polis Şöbəsinə gətirilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.






Xəbəri paylaş

3188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___