Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha gözəl buruna sahib olmağa çalışarkən kor olmayın! - Xəbərdarlıq
Tarix: 18-10-2023 | Saat: 09:02
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Son zamanlar ən çox seçilən estetik müdaxilələrdən biri olan burun dolgusu görmə itkisinə səbəb ola bilər.

Ekspertlər xəbərdarlıq edib: "Ehtiyatlı olun"...

Rinoplastika əməliyyatları insanların üz cizgilərinə daha uyğun bir burun quruluşuna sahib olması və ya sağlam nəfəs almasına kömək etmək üçün edilir. Ancaq bir çox insanı bu prossedurdan əvvəl müxtəlif məsələlər narahat edir və bunlardan ən əhəmiyyətlisi görmə itkisi riskidir.

Hər cərrahi müdaxilənin müəyyən risklər daşıya biləcəyini ifadə edən Op. Dr. Coşqun Özdemir təcrübəli cərrahlar tərəfindən edilən rinoplastika əməliyyatlarında korluq ehtimalının az olduğunu vurğulasa da, burun dolgusu etmək istəyənlərə xəbərdarlıq edib.

Ənənəvi üsullarla edilən rinoplastika əməliyyatlarının potensial fəsad riski daşıya biləcəyinə diqqət çəkən Op. Dr. Coşqun Özdemir,

"Rinoplastika əməliyyatlarında baş verə biləcək qanamalar xəstənin duruşuna görə görmə sinirində təzyiqə səbəb ola bilər və bu müddətdə gözü açıq saxlayaraq gözə daxil olan kimyəvi maddələrin gözə mənfi təsir edə bilər. Bundan başqa burun sümükləri köhnə tip çəkic və kəsiklərlə qırıldıqda göz yuvasının altındakı sümüyə yarana biləcək zərbələr əməliyyatdan sonra xəstənin görmə sahəsinə təsir edə bilər. "Bunların baş vermə ehtimalı çox az olsa da, bunlar nəzərə alınmalı olan vacib məqamlardır" dedi.



Xəbəri paylaş

1028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___