Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Drellə beynini deşərək elektrod yerləşdirdi - Əvvəl qoyunlarda yoxladı, sonra özündə... - FOTO
Tarix: 21-07-2023 | Saat: 12:48
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər



Rusiyanın Novosibirsk şəhərinin sakini evində adi drel və əl alətləri vasitəsilə öz beynini deşib.

O ümid edib ki, bu, ona yuxularını idarə etməyə kömək edəcək.

40 yaşlı Mixail Raduqa adlı şəxs yeni köçdüyü evində özünə trepanasiya (cərrahi müdaxilə, müvafiq nahiyəni və ya boşluğu əldə etmək məqsədilə kəllə sümüyünün deşilməsi - red.) edib. Bunun üçün o, "YouTube" kanalında saatlarla neyrocərrahların işi ilə bağlı videoları araşdırıb və hətta beş qoyun üzərində öyrəndiklərini sınaqdan keçirib. Sonra Mixail drel alıb və işə başlayıb. O, öz başını deşib və beyninə bir elektrod yerləşdirib. Onun sözlərinə görə, əməliyyat zamanı cərrahi təcrübənin olmaması səbəbindən bir litrə yaxın qan itirib və möcüzə nəticəsində sağ qalıb.

Mixailin bütün bunları etməkdə bir məqsədi olub: o, əmindir ki, elektrod beynin müvafiq hissəsini stimullaşdırmaqla ona yuxularını idarə etməyə kömək edəcək. Uzun müddət bu mövzu üzərində işləyən Mixail ilyarımdan çoxdur ki, implant quraşdırılması üçün neyrocərrahlara müraciət etməyi planlaşdırıb, lakin "cinayət riskləri və digər məlum hadisələr" səbəbindən buna nail ola bilməyib. Buna görə də Mixail öz gücünə "insanın qadir olduğu imkanlar barədə təsəvvürləri genişləndirmək" qərarına gəlib.

O, bu əməlinə görə artıq mütəxəssislər tərəfindən tənqid olunub. Bundan xəbər tutan Oksford Universitetinin məsləhətçi-neyrocərrahı Aleks Qrin bildirib ki, Mixail asanlıqla ölə və ya insult keçirə bilərdi, indi isə epilepsiyanın yaranması riski var.

Yuxulara gəlincə isə, Mixailin bu qədər işgəncədən sonra həqiqətən də onları idarə etməyi öyrənib-öyrənmədiyi bəlli deyil.


Məqaləyə dair fotomateriallar:







Xəbəri paylaş

3848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___