Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər cəbhədə təxribatlar törədir
Tarix: 26-03-2017 | Saat: 11:25
Bölmə:Karusel / Hadisə / M2 / Aktual | çapa göndər

Ermənilər cəbhədə təxribatlar törədir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Kəmərli, Fərəhli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Advertising 35


Xəbəri paylaş

6848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___