Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alman lider: “Ədaləti türklər sizə öyrədəcək”
Tarix: 03-06-2016 | Saat: 16:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Alman lider: “Ədaləti türklər sizə öyrədəcək”

Buna Türkiyənin zəifliyi kimi yox, dünyada, Almaniyada türk ədalətindən və gücündən qorxu kimi baxmaq lazımdır.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev özünün Feysbuk səhifəsində yazıb.

Almaniya Federal Məclisinin qondarma erməni soyqırımını tanımasını böyük tarixi səhv adlandıran jurnalist bunu türklərdən qorxu ilə əlaqələndirib:

“Ey almanlar, buraxın türklər Almaniyanı zəbt etsinlər. Haqqın, ədalətin nə olduğunu türklər sizə öyrədəcəklər”. Bu sözləri əfsanəvi alman-xristian ilahiyyatçısı, reformasiya hərəkatının banisi, protestantizmin istiqamətlərindən birinin başçısı, Almaniyanın ictimai-siyasi və dini sferalarının nəhəng islahatçı lideri Martin Lüter deyib. Niyə? Çünki onunla eyni tarixi dövrdə yaşayan və üç qitənin padşahı Osmanlı sultanı 1-ci Sultan Süleyman imperiyaya qatdığı Avropa torpaqları da daxil olmaqla getdiyi hər yerə ədalət gətirirdi. Ona Şərqdə “Qanuni Sultan Süleyman”, Avropada “Möhtəşəm Süleyman” deyirdilər”.

Jurnalistin sözlərinə görə, vaxt gələcək, Almaniya da Fransa kimi səhvini düzəltməli olacaq:
“Bu gün Almaniya çox əfsus ki, ədalətdə türklərə - Sultan Süleymanın nəvələrinə, müasir Türkiyə Cümhuriyyətinə yenə uduzdu. Uzun onillərdir Türkiyənin Avropa Birliyi yolunda çəpər olan alman-fransız cütlüyü və onların satellitləri bu gün də türk ədalətinin Köhnə qitəyə ayaq basacağından qorxurlar. Türkiyənin Avropa İttifaqına qoşulması onların qavramında Osmanlının yeni bir formada dirçəlişidir. Bu qorxu onları panik hala salır, isterik qərarlar verirlər. Bu gün Almaniya Bundestaqının - Federal Parlamentinin qondarma erməni soyqırımını tanıması nə türklərə nifrətdən, nə ermənilərə sevgidən qaynaqlanır. Bu, Türkiyə və türk ədaləti qarşısında qorxu hissindən qaynaqlanıb. Bu qorxu Məhəmməd peyğəmbərin “Türklər mənim ən böyük ordumdur”, sözlərindən qaynaqlanıb. Ona görə buna Türkiyənin zəifliyi kimi yox, dünyada, Almaniyada türk ədalətindən və gücündən qorxu kimi baxmaq lazımdır. Böyük yanlışdır. Bir gün almanların böyük başları bu yanlışı düzəldəcəklər. Fransada “erməni soyqırımı”nın inkar edilməsini cinayət kimi təsbit etmişdilər. İndi bu qanunu ləğv etdilər. Almanlar da edəcəklər. Etməsələr, zərərini özləri də çəkər”.


Xəbəri paylaş

7458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___