Azərbaycanda toya gedən ailə dəhşət yaşadı: 2 UŞAQ ÖLDÜ - GÖRÜNTÜLƏR
Tarix: 16-09-2017 | Saat: 13:44
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Dünən axşam Kürdəmir rayonunda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb.Bakı-Qazax magistral yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində sürücünün idarəetməsindən çıxaraq aşan “Toyota Previa” markalı minivan tipli avtomobildəki şəxslər Bərdəyə toya gedirmiş.
Belə ki, Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Elmin Hüseynov özünə məxsus 7 oturacaqlı avtomobillə anasını, həyat yoldaşını, bacısını, bacısının yoldaşını, onların iki övladını və özünün iki oğlunu doğulub böyüdüyü Bərdəyə toya aparırmış. Bu gün Bərdədə Elminin xalası oğlunun toyu keçiriləcəkmiş. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*****
20:02
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb.
Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
1 3188 dəfə oxunub.
Digər xəbərlər

16-03-2017, 21:21
Sınaq imtahanları üçün ödəniş məbləği belə olacaq
26-01-2017, 20:45
Azərbaycanda 13 yaşlı qız ana oldu, ata azadlığa buraxıldı
23-06-2022, 12:12
Polisə tabesizlik göstərən "Lexus" sürücüsü saxlanıldı
9-11-2016, 14:48
Bakıda fəhlələr ölümlə üz-üzə qaldılar (VİDEO)
21-06-2016, 11:14
Aygün Nabranda şou göstərdi - Foto
24-12-2015, 16:21
İlham Əliyevin uşaqlığı keçən ev - Fotolar
7-03-2018, 21:57
Budəfəki çılpaq fotosu izləyicilərini qəzəbləndirdi
23-08-2015, 15:03
Dəyişən hava şəraitinə hazır olun
27-12-2016, 12:57
Bakıda dərman fabriki tikiləcək
16-08-2017, 17:01
“Faytonçu” Nazim xərçəng xəstəsidir? - AÇIQLAMA