Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
““Qəribədir e, bo” dedim, təhqir hesab etdi” - İşdən çıxarılan muzey işçisi
Tarix: 14-07-2023 | Saat: 18:31
Bölmə:Karusel / Hadisə | çapa göndər

““Qəribədir e, bo” dedim, təhqir hesab etdi” - İşdən çıxarılan muzey işçisi


Naxçıvanda Bayraq muzeyində Elif adlı türkiyəli turisti təhqir etdiyi üçün işdən çıxarılan Asudə Məhərrəmli hadisənin təfərrüatını danışıb.

 Bakupost.az-a açıqlama verən keçmiş muzey işçisi turisti təhqir etmədiyini, hər şeyin yanlış anlaşıldığını deyib. 

Asudə Məhərrəmlinin sözlərinə görə, türkiyəli xanım bir nəfər azərbaycanlı oğlanla muzeyə daxil olub:

"Salamlaşdıq, sonra baxmağa başladılar. Əllərində soyuq çay var idi. Toqquşdurub, deyib-gülürdülər. Bir az gəzib, sağollaşıb getdilər. 5 dəqiqə keçməmişdi ki, qız geri qayıtdı. Dedi ki, sizdən müdirə şikayət etdim. Səbəbini soruşanda da bildirdi ki, siz bizi qarşılamadınız, informasiya vermədiniz. Mən də dedim ki, nəsə soruşsaydınız, biz cavablandırardıq. Həmçinin, mən bələdçi deyiləm. İnformasiya vermək mənim vəzifəm deyil. Baş fond mühafizi-elmi işçisiyəm. Lakin o içəri girəndə yaxında idim deyə mənə üz tutdu”.

A.Məhərrəmli bildirib ki, türkiyəli turist onu təhqir edib, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədib:

“Mən heç kimi təhqir etməmişəm. Heç bir vulqar söz işlətməmişəm. Sadəcə, o, məndən şikayət etdiyini deyəndə “Qəribədir e, bo”deyə reaksiya verdim. Görünür, o, bunu başqa cür başa düşdü, təhqir hesab etdi. Mən də dedim ki, düz başa düşməmisiz, dilmizi öyrənin, sonra gəlin. O da “Bir daha söylə, bir daha söylə” dedi. Mən özümə arxayın olmasaydım, “dediyimi təkrarla” deməzdim. Sadəcə, həmin vaxt səsim yüksək tonda idi. Bunun da səbəbi var. Qız mənə, “Siz rüşvətlə işə düzəlmisiniz. Sizin dövlətiniz rüşvət alan dövlətdir” dedi. Mən də bildirdim ki, siz bu dediyinizi sübut etməsəz, mən sizi şikayət edəcəm. O isə “Azərbaycan əvvəldən bu cür olub, hər şey bəllidir” deyə damarıma basdı. Mənim dövlətimi təhqir etdiyi üçün mənim reaksiyam o cür oldu”.

A.Məhərrəmli türkiyəli turistin videonu olduğu kimi yox, özünə sərf edən kimi kəsib paylaşdığını deyib:

“O qız da videonu kəsib paylaşıb. Əvvəl özü qışqırırdı. Təhqir edəndən sonra mən əsəbiləşdim. Sonra özünü sakit apardı ki, videoya elə düşsün. Videodan sonra isə “səni döyərəm, öldürərəm” deyə məni təhdid etdi, hətta saçımdan tutdu. Bundan sonra isə direktor müdaxilə etdi. Qızın yanındakı azərbaycanlı oğlana dedi ki, zəhmət olmasa, uzaqlaşdırın. Hətta həmin oğlan bildirdi ki, onda bir az çatışmazlıq var, yola verin. Muzeyə gələndə taksi sürücüsü ilə də dalaşıb. Taksi sürücüsü onu taksidən düşürüb”.

A.Məhərrəmli çəkiliş vaxtı ayaqqabısız olduğuna görə tənqid olunmasına da münasibət bildirib:

“Hamı ayaqqabısız olduğumla bağlı danışır. Ayaqqabım qopmuşdu. Amma onlar ilk dəfə içəri girəndə qopsa da, ayağımı sürüyərək qalxdım. Yəni, ayaqqabı ilə idim. Sonra onlar çıxanda arxayın oldum. Ayaqqabıya yapışqan vurub, üstünə stulu qoydum ki, yapışsın. Günorta vaxtı idi, saat 14:05 radələri olardı, yeməkdən yeni qayıtmışdıq. Elə həmin an yenidən gəldilər. Videoya da o anın görüntüləri düşüb”.

A.Məhərrəmli Naxçıvan Mədəniyyət Nazirliyindən onu dinləmədikləri üçün narazılığını bildirib. 




Xəbəri paylaş

2788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___