Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Döyülən direktorla bağlı açıqlama-"Vəziyyəti yaxşı deyil"
Tarix: 21-11-2018 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyorla mübahisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 175 saylı məktəbin direktorunun son durumu ilə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun verdiyi məlumata görə, direktorun vəziyyəti yaxşı deyil.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkdik, səhhəti ilə maraqlandıq, həkimlərlə söhbət etdik. Vəziyyəti yaxşı deyil.
Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə...
Bu saatlara qədər yüzlərlə təhsil işçiləri - məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər.
Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq”-, deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.



2888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___