Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukraynada azərbaycanlıların harayı: "3-4 günlük yeməyimiz qalıb"
Tarix: 26-02-2022 | Saat: 10:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci günündə Ukraynada olan azərbaycanlılar BBC News Azərbaycancaya vəziyyətlərindən danışıblar.
Onlardan bəziləri BBC ilə bu forma vasitəsilə əlaqə saxlayaraq hazırki şəraitləri barədə danışıblar. "Dünən olduğumuz şəhərdə bomba səsləri ilə ayıldıq", bu sözləri 15 ildir Ukraynada yaşayan 36 yaşlı Mehdi Allahverdiyev deyir.
O, fevralın 24-də silah səsləri eşitdikdən sonra ailəsi ilə birgə paytaxt Kiyevdən 30-40 kilometr aralıda, Şevçenko kəndinə gəlib.
"Qorxumuz odur ki, ailəmiz yanımızdadır. Uşaqlarımız üçün qorxuruq. Uşaqlar raket atılanda qorxurlar. Yanımızda 6 yaşdan 18 yaşadək 5 uşaq var", Kiyevdə ərzaq dükanı olan müsahibimiz deyir.
O bildirir ki, əsasən azərbaycanlı ailələrin yaşadığı Şevçenko kəndində digərləri ilə birlikdə xəbərləri izləyirlər.
"Vəziyyət gərgin olaraq qalır. Kiyevdəki dostlarımızla əlaqədəyik. Orada da yenidən silah səsləri eşidilməyə başlayıb. Burada biz bəzən uzaqdan da olsa silah səslərini eşidirik. Atılan raketlərin səsini eşidirik, bəzən hətta görürük", o əlavə edir.
Mehdi Allahverdiyev Azərbaycan səfirliyi ilə əlaqə saxlamağa çalışdığını qeyd edir: "Əlaqə saxlaya bilmədik sözün açığı."
Olduğu yerdə Moldova və Polşa sərhədlərinədək yolun azı 600 kilometr olduğunu qeyd edən Mehdi Allahverdiyev həm də yolların tıxac olmasına görə körpə uşaqlarla yola çıxmağa risk etmədiyini deyir.
"Bura sakit olduğuna görə ortalığın yatışmasını gözləyirik. Polşaya, Moldovaya tərəf gedən dostlarımız var ki, səhərdən çıxıblar, yolların yarısını belə qət etməyiblər. Yollarda maşın çoxdur."
O əlavə edir ki, onlara sərhədlərdə kilometrlərlə uzunluqda növbələr olduğu deyilib.
"Azərbaycanlıların radası vasitəsilə hər kəsə mesaj göndərmişdilər ki, Moldovadan təyyarə təşkil olunacaq. Ancaq Moldovaya getmək məsələsi problemdir. 600-700 kilometr yol var, ora ailə ilə getmək mümkünsüzdür. Çünki indi Ukraynanın heç yeri təhlükəsiz deyil. Hər yerdə, silah səsləri eşidilir."
Hazırda ərzaq və kommunal problemi olmadığını, hərbi vəziyyətə görə mağazaların axşam 5-dək açıq olduğunui 3-4 günlük azuqəmiz var. desə də, yeni mal gətirilmədiyini deyir.
"Kiyevdə çörək zavodları işləmədiyi üçün çörək yoxdur. Əsasən ət, makaron yeyirik. Ancaq ind Ondan sonra üçün də planımız yoxdur. Çünki vəziyyət elədir ki, bilmirik nə edək. Azuqəmiz bitsə yəqin ki, bəzi risklər almağa başlayacağıq."
Odessada yaşayan azərbaycanlı Rafiq Məmmədov hazırki vəziyyəti "hələlik səssizlik" adlandırır.
"Amma o biri tərəflərdə qırğın gedir. Xerson bizdən 200, Kiyev 500 kilometr uzaqlıqdadır, Sumi 800, Xarkov 100 kilometrdədir. Amma girdimi sadəcə ora girməyəcək ki, biz də gözləyirik."
O güman edir ki, Rusiya əsgərləri Odessaya da girəcək.
"Dünən burada da partladı. İki kilometr irəlidə dənizin sahilində nəsə partladı. Gəmidən atdılar hər halda. Yanımızda hərbi hissə var. Oranı vurdular hər halda."
Həyat yoldaşı ilə qızını Avropa ölkələrinin birinə yola saldığını deyən Rafiq Məmmədov belə deyir: "Anası götürdü apardı qızımı. Şükür uşağım getdi. Daha dərdim yoxdur. İndi ürəyim rahatdır."
Rafiq Məmmədov Ukrayna vətəndaşı olduğundan Azərbaycan rəsmilərinə müraciət etməyib.
Lakin bu axşam, saat 11-12 radələrində olduğu yerin bombalanacağını deyir: "Bombalasa girəcəyəm zirzəmiyə. Ağır keçəcək."
Müsahibimiz deyir ki, mövcud vəziyyətlə əlaqədar hər tərəf, hava sahəsi də bağlıdır və təkcə benzin almaq üçün benzin növbəsində durduğunu əlavə edir.
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 24-dən bəri Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciətlər edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.
XİN bildirib ki, ciddi təhlükə ilə üzləşmiş vətəndaşlar Moldova, Polşa və Slovakiyaya gedə bilərlər. (Linklərdə XİN-in bu barədə tövsiyələri yer alır)
Bundan əvvəl isə XİN bildirib ki, Azərbaycan vətəndaşları xüsusi hallar ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] e-maili, Xarkovdakı fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] e-maili ilə məlumat əldə edə bilərlər.


Xəbəri paylaş

4948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___