Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aleyna Tilkidən NASA-ya qəribə çağırış: "Yadplanetlilərlə görüşmək bizim haqqımızdır"
Tarix: 04-06-2023 | Saat: 20:01
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Aleyna Tilkidən NASA-ya qəribə çağırış: "Yadplanetlilərlə görüşmək bizim haqqımızdır"Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.

Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib.

"Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır", - deyə müğənni "Twitter" hesabında qeyd edib.

"NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri", - deyə Aleyna Tilki əlavə edib.
Xatırladaq ki, NASA bu günlərdə tarixində ilk dəfə UNO-larla bağlı ictimaiyyətə açıq mətbuat konfransı keçirib. Konfransda indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox, ayda isə 50-dən 100-ə qədər məlumat daxil olduğu bildirilib. Lakin NASA-nın yadplanetlilərin varlığının təsdiqinə dair araşdırmaları davam etdirdiyi vurğulanıb.

Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib.(oxu.az)




Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər
29-01-2023, 13:35 Sabah hava çiskinli olacaq
29-12-2015, 23:17 ANS bağlana bilər - FOTO

bütün xəbərlər
____ Instagram ___