Ana Sayfa > Karusel / Şou-Biznes > Aleyna Tilkidən NASA-ya qəribə çağırış: "Yadplanetlilərlə görüşmək bizim haqqımızdır"
Aleyna Tilkidən NASA-ya qəribə çağırış: "Yadplanetlilərlə görüşmək bizim haqqımızdır"4-06-2023, 20:01. Yazar: Xeberaz |
Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib. "Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır", - deyə müğənni "Twitter" hesabında qeyd edib. "NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri", - deyə Aleyna Tilki əlavə edib. Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib.(oxu.az) Geri dön |