Tramp: “Müharibələrdə yenə zəfər çalacağıq”
Tarix: 03-03-2017 | Saat: 11:28
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Müdafiə xərclərinin artırılması yenidən ABŞ ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacaq. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.
Məlumata görə, Tramp inşası 13 mlrd. dollara başa gələn, donanmanın istifadəsinə verilməsi gözlənilən “Gerald Ford” aviadaşıyıcı gəminin göyərtəsində çıxış edib.
Prezident dənizçilərə Konqresdən müdafiə xərclərinin 54 mlrd. dollar artırılmasını xahiş etdiyini bildirib. Tramp qeyd edib ki, müdafiə xərclərini artırmaqla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu yolla ordu ən yaxşı texnika ilə təchiz ediləcək.
“Biz müharibənin qarşısını almaq, lazım gəldikdə isə, müharibə aparmaq üçün sizi bütün lazımi vasitələrlə təmin edəcəyik. Biz bu vasitələri sizə bir məqsəd üçün verəcəyik – zəfər çalmaq üçün! Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik”, - deyə Tramp qeyd edib.
Xəbəri paylaş
5398 dəfə oxunub.
Digər xəbərlər

22-03-2019, 19:57
Zurabişvili azərbaycanlılarla rus dilində danışmaqdan imtina etdi
27-04-2016, 17:38
SOCAR-ın borcu 6 milyardı keçdi
9-08-2018, 11:50
Röyanın keçmiş qayınatası 12 il azadlıqdan məhrum edildi
28-12-2016, 23:06
Artıq istədiyiniz insanı uzaqdan öpə biləcəksiniz - FOTO
5-01-2017, 02:12
Qripdən 6 nəfər öldü
15-03-2017, 20:41
Bakıda saxta məhsullar aşkarlandı - FOTO
29-03-2017, 12:21
7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı ŞOK FAKTLAR - SİLAH, FƏRARİLİK, OĞURLUQ...
25-05-2021, 14:58
Covid-19 əleyhinə kampaniya: Peyvənd olunanlara 1 milyon pul ödəniləcək