Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mina Hüseyn: “Yeni sevgilimlə Ümrə ziyarətində tanış olmuşuq, bizə dəyməyin” - VİDEO
Tarix: 09-03-2023 | Saat: 14:09
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər




Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseyn yeni eşqə yelkən açıb.

Bu haqda sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb.

Mina bildirib ki, o yeni sevgilisi isə ilə bir neçə həftə əvvəl getdiyi Ümrə ziyarətində tanış olub:

"Sevgilimi gizlətmirəm. Bu mövzuda qarşı tərəfdən heç bir problem yoxdur. Bir aydır ki, tanış olmuşuq. Hələki bir-birimizi yeni tanıyırıq. Hər şeyi zamana buraxmışıq. Mən üzdə olan insanam. Hamı mənim şəxsi həyatımla maraqlanır və həyatımda birisi olduğunu göstərmək üçün İstanbulda yeni sevgilimlə çəkdirdiyim şəkili sosial şəbəkə hesabında paylaşdım. Yenə danışıldı, müzakirə olundu.

Çox xahiş edirəm, bizə dəyməyin. Ümrə ziyarətinə getmişdim. Orada onunla tanış oldum. Məncə bu, Allahın qismətidir. Sənətimdə mənə çox dəstək olur. Deyir ki, istəyirəm ki, sənətini və müğənnilik fəaliyyətini davam edəsən. Mənə hörmətlə yanaşır, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. 8 mart "Qadınlar Günü"ndə isə mənə bahalı parfüm hədiyyə etdi". 


Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən il mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb. 

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq, özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda müğənniyə qoyduğu qadağalar olub. 






Xəbəri paylaş

3398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___