Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra başçısından Tərtərdəki vəziyyət haqda - Açıqlama
Tarix: 06-04-2017 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

İcra başçısından Tərtərdəki vəziyyət haqda - Açıqlama


Aprelin 6-da səhər saatlarından erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb: “Nəticədə həyətdəki ev quşları tələf olub. Mərmilərdən biri isə həyətdəki yaşayış olmayan yarımçıq tikiliyə düşüb və tikili dağılıb. Səhər saatlarından kənd mütəmadi atəşə tutulurdu. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Bir neçə saatdır ki sakitlikdir”.

M.Məmmədov qeyd edib ki, hadisə nəticəsində sakinlərdən ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.


Xəbəri paylaş

9438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___