Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Rusiya sülhməramlıları erməni lobbisinin aləti deyil" - Moskvadan ŞƏRH
Tarix: 16-07-2021 | Saat: 11:21
Bölmə:Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı | çapa göndər

"Xatırlayırsınızsa, müharibəyə qədər dünyanın bütün dövlətləri və o cümlədən həmsədr dövlətlər münaqişənin dinc yolla həllini istisna edirdilər. Hesab edirəm ki, bu mövqe bu gün də dəyişməz olaraq qalır. Elə bu səbəbdən də insidentin arxasında böyük qüvvələrin dayandığını istisna edirəm".
Bunu  açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, atəşkəsin pozulması 9 noyabr bəyanatının icra edilməmiş bəndlərini gündəmə gətirib:
"Rusiya əraziyə hərbi kontingentini ona görə yeritməyib ki, müharibəyə imkan versin. Müharibə, silahlı toqquşmalar Rusiyanın marağında olduğu Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneədir. Düzdür, bəzi dairələrdə Rusiya sülhməramlılarını 1990-cı illərdəki SSRİ daxili qoşunları ilə müqayisə edirlər. Söhbət Qarabağda yerləşdirilmiş SSRİ daxili qoşunlarından gedir. Və bir növ onların destruktiv mövqeyini indiki sülhməramlıların mövqeyi ilə bərabər tuturlar. Başqa sözlə, sülhməramlıları da destruktivlikdə ittiham edirlər. Məncə bu tarixi analogiya əsasında tətbiq edilən klassik manipulyasiyadır. Rusiya sülhməramlıları 1990-cı illərdən fərqli olaraq vahid və çox güclü mərkəzdən idarə edilir. Onlar nə erməni lobbisinin, nə də ki, ermənipərəst dairələrin aləti deyil. 
O ki qaldı Şuşada baş verən insidentə, bir daha qeyd etmək istəyirəm, Şuşada mülki əhali yaşamır. Amma Xankəndində və Qarabağın digər ərazilərində ermənilər yaşayır. Hesab edirəm ki, ilk növbədə qanunsuz erməni silahlı birləşmələri bu kimi təxribatlarda maraqlı olmamalıdır. Çünki mulki əhali onsuz da təşviş içində yaşayır və silahlı insidentlərin intensivliyi ancaq ermənilərin Qarabağdan köçünə səbəb ola bilər. Çünki Şuşada baş verən atışma Qarabağın ən çox yaşayış yeri olan Xankəndi şəhərində eşidilir və vahimə yaradıb. İndi gəlin düşünək, bu kimi atışma kimə daha çox ziyan vura bilər? Demorilizə olunmuş silahlı ermənilərə və depressiyada yaşayan Xankəndi sakinlərinə, yoxsa Şuşanı müdafiə edən Azərbaycanın elit ordu birləşmələrinə? Azərbaycanda onlara cavanar deyirlər. İkincisi, atışma halının olması 9 noyabr bəyanatının icra edilməmiş bəndlərini gündəmə gətirib ki, Azərbaycan tərəfinin maraqları ilə bu, üst-üstə düşür. Atəşkəsin konkret olaraq kim tərəfindən pozulduğu haqda qəti fikir bildirməzdim. Mən Gülləni ilk növbədə kim tərəfindən açılması ilə bağlı qəti fikir bildirməyə çəkinirəm. Atəşkəsi hər hansı sərxoş erməni əsgəri və ya əsgərləri də poza bilər. Əsas odur ki, qarşısı alınıb və baş verən insident bəyanatın məlum bəndinin icrasının sürətlənməsinə xidmət etməlidir. Yəni bu atəşkəsin pozulması 9 noyabr bəyanatının məlum bəndinin (erməni yaraqlılarının tərksilah olub, Qarabağı tərk etməlidirlər - red) icrasının sürətlənməsinə xidmət etməlidir. Yəni söz Azərbaycan diplomatiyasınındır".


Xəbəri paylaş

3238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___