Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ad günündə öldürülən gəlinin atası: "İstəmirdin boşanardın" - VİDEO - FOTO
Tarix: 31-03-2017 | Saat: 17:23
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Ad günündə öldürülən gəlinin atası: "İstəmirdin boşanardın" - VİDEO - FOTO

Qəbələdə baş verən hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

32 yaşının tamamında qətlə yetirilən şəxs həm də bir uşaq anası idi. Qəbələdə Böyük Pirəli kənd sakini 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.

"Xəbəraz.az "ARB Şəki-yə istinadən xəbər verir ki, boynundan və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Afət Ağababayevanın bir azyaşlı uşağı var. Yaxınlarının sözlərinə görə, həmin gün mərhumun ad günü olub.

Həqiqət Baxşəliyeva - mərhumun anası: "Yeyib-içib, çərşənbəni keçirəndən sonra, 2 dəfə telefonla danışıb dedi ki, "ana salamatçılıqdır? Dedim salamatçılıqdır". Ölən günü, ayın 30-u ad günü idi. Guya mən rayondan, yoldaşım da işdən qayıdacaqdı, ad gününə gedəcəkdik".

İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. Mərhumun atası, qızı ilə kürəkəni arasında daha öncələr də münaqişə olduğunu bildirir.

Həsənağa Baxşəliyev - mərhumun atası: "2 dəfə uşağımı döyüb gətiriblər. Sonra gəlib yalvarıblar ki, qələt etmişik. Belə olan şey deyil axı. İstəmirdin boşanardın. Qanun var, boşa çıxsın getsin. Mən baxardım balama".

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

9818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___